Icma.az
close
up
RU
Bir ailənin normal yaşaması üçün nə qədər pul lazımdır? VACİB AÇIQLAMA

Bir ailənin normal yaşaması üçün nə qədər pul lazımdır? VACİB AÇIQLAMA

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2027-ci ildə Azərbaycanda yaşayış minimumunun artırılması nəzərdə tutulur. Lakin qiymətlərin, ərzaq və kommunal xərclərin artdığı bir şəraitdə bu məbləğlərin vətəndaşların minimum ehtiyaclarını qarşılamağa nə dərəcədə yetərli olduğu sual doğurur. Xüsusilə aztəminatlı və çoxuşaqlı ailələr üçün müəyyən edilən yeni göstəricilər real yaşayış xərclərinə uyğun gəlirmi? Bəs dörd nəfərlik ailənin normal yaşaması üçün əslində nə qədər vəsait tələb olunur?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 300 manatdan 314 manata çatdırılması nəzərdə tutulur. Bu, 14 manat və ya təxminən 4,7 faiz artım deməkdir. Əmək qabiliyyətli əhali üçün göstərici 317 manatdan 334 manata, pensiyaçılar üçün 245 manatdan 258 manata, uşaqlar üçün isə 260 manatdan 274 manata yüksəldilir:

"Hesab edirəm ki, bu artım əhalinin sosial ehtiyaclarını qarşılamaq baxımından kifayət deyil. Çünki 14 manatlıq artımın ailə büdcəsinə real təsiri olduqca məhduddur. Bu gün ərzaq məhsullarının, kommunal xidmətlərin, dərmanların və digər gündəlik tələbat mallarının qiymətlərini nəzərə alsaq, 314 manatla insanın normal yaşayışını təmin etməsi real görünmür. Əsas problem ondadır ki, yaşayış minimumunun artım tempi ilə əhalinin gündəlik xərclərinin artım tempi arasında fərq yaranır. Əgər ərzaq və xidmətlər 6-7 faiz bahalaşırsa, yaşayış minimumunun 4,7 faiz artırılması insanların alıcılıq qabiliyyətini qorumağa yetməyəcək. Bu halda nominal artım olsa da, real sosial vəziyyətdə ciddi yaxşılaşma baş verməyəcək".


Ekspertin sözlərinə görə, digər tərəfdən, yaşayış minimumunun hesablanması metodologiyası da yenidən nəzərdən keçirilməlidir:

"Çünki minimum istehlak səbəti insanların yalnız qidalanma ehtiyaclarını deyil, normal həyat üçün zəruri olan geyim, mənzil, səhiyyə, nəqliyyat və digər xərcləri də real şəkildə əks etdirməlidir. Hesab edirəm ki, yaşayış minimumu formal sosial göstəriciyə çevrilməməlidir. Onun məbləği real bazar qiymətləri və ailələrin faktiki xərcləri əsasında müəyyənləşdirilməlidir. Əks halda, hər il 10-15 manatlıq artımlarla əhalinin sosial rifahını yaxşılaşdırmaq mümkün olmayacaq. Əsas məsələ rəqəmin artırılması deyil, həmin məbləğin insanın minimum normal yaşayışını təmin edə bilməsidir".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri