Alimlərdən ŞOK KƏŞF Dənizin dibində CƏHƏNNƏM tapıldı
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Karib dənizinin təxminən 5 kilometr dərinliyində alimləri heyrətləndirən qeyri-adi bir bölgə aşkarlanıb.
Turkustan.az xəbər verir ki, “Bibi Hidrotermal Sahəsi” adlandırılan ərazi dünyanın indiyə qədər məlum olan ən dərin hidrotermal baca sistemi kimi qeydə alınıb.
Mütəxəssislərin sözlərinə görə, burada suyun temperaturu 401 dərəcəyə qədər yüksəlir. Lakin dərinlikdəki nəhəng təzyiq səbəbindən su qaynamır. Ərazidə “qara bacalar” adlandırılan strukturlar okeana dəmir-sulfid və digər minerallarla zəngin qara tüstü püskürür.
Ən maraqlı məqam isə bu ekstremal şəraitdə həyatın mövcud olmasıdır. Günəş işığının çatmadığı tam qaranlıq mühitdə dəniz robotları müxtəlif balıq növləri, karideslər, dəniz anemonları və digər canlıları qeydə alıb. Araşdırmaçılar bəzi karides növlərinin qaranlıqda istiqaməti müəyyən etmək üçün işığa həssas xüsusi orqanlara sahib olduğunu bildirirlər.
Alimlər hesab edir ki, bu kəşf Yer kürəsində həyatın necə formalaşdığı və başqa planetlərdə ekstremal şəraitdə yaşam ehtimalı ilə bağlı araşdırmalar üçün mühüm əhəmiyyət daşıyır. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 15 May 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















