Alimlərdən şok kəşf: Yerin suyu...
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astronomlar Süd Yolunda gələcək planetlərdə okeanların yaranması üçün mənbə ola biləcək nəhəng ulduzlararası buz buludlarının xəritəsini hazırlayıblar.
"Bakupost" xəbər verir ki, bu barədə “Astrophysical Journal” jurnalında məqalə dərc olunub.
Bildirilib ki, Harvard-Smitson Astrofizika Mərkəzindən Qari Melnikin rəhbərlik etdiyi tədqiqatçılar NASA-nın “SPHEREx” kosmik rəsədxanasının köməyi ilə ulduzlararası buzun indiyədək ən genişmiqyaslı xəritəsini tərtib ediblər.
Müşahidələr zamanı alimlər iki aktiv bölgədə yüzlərlə işıq ili boyunca uzanan buz buludları aşkar ediblər. Donmuş su bu ərazilərdəki saysız-hesabsız toz hissəciklərinin səthində toplanır. Alimlərin fikrincə, qaz və toz buludları çökərək yeni planetlər formalaşdırarkən həmin buzun bir hissəsi də bu prosesə qoşulur.
Qari Melnik hesab edir ki, ulduzlararası buzun böyük ehtiyatları gələcək planetlərdə okeanların necə yarana biləcəyini izah etməyə kömək edir. Onun sözlərinə görə, Yer kürəsindəki suyun əhəmiyyətli hissəsi, hətta bəlkə də hamısı, ilkin olaraq ulduzlararası buz şəklində mövcud olub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 12 Oktyabr 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















