Icma.az
close
up
RU
Alkaras: 6 cı “Böyük dəbilqə” və 5 milyon dollar!

Alkaras: 6 cı “Böyük dəbilqə” və 5 milyon dollar!

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İlin “Böyük dəbilqə” seriyalı son turniri – Amerika Açıq Çempionatı bazar günü başa çatdı.

"Football-plus.az" xəbər verir ki, qadınlar arasında qalib Arina Sobolenko – Amanda Anisimova duelində müəyyənləşdi. 1 saat 36 dəqiqə davam edən oyun 27 yaşlı Sobolenkonun qələbəsi ilə başa çatdı. Belaruslu tennisçi karyerasında 4-cü dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi oldu. O, “US Open”də titulunu qorudusa, iki dəfə də “Australian Open”dən (2023, 2024) qələbə ilə ayrılıb. 24 yaşlı Anisimova isə il ərzində 2-ci dəfə “Böyük dəbilqə” finalında uduzdu. İyulda da “Uimbldon”un həlledici oyununda İqa Sventeklə bacarmamışdı.
Ümumiyyətlə, Sobolenko belə turnirlərdə 100-cü qələbəsini qazandı. Onun oyunsonrası mətbuat konfransına şampan şərabı şüşəsi ilə gəlməsi də diqqəti çəkdi.
Kişilər arasında finalı səbirsizliklə gözləməyə dəyərdi. Son illər belə turnirlərdə ab-havanı Yannik Sinnerlə Karlos Alkaras müəyyənləşdirir. “US Open”in finalında da məhz italiyalı və ispaniyalı tennisçilər üz-üzə gəldi. ABŞ prezidenti Donald Trampın finalı izləməsi üzündən təhlükəsizlik tədbirləri bir qədər də gücləndirildiyinə görə final görünü 50 dəqiqə gecikmə ilə başladı, yəni Bakı vaxtı ilə saat 22.00-da korta çıxmalı olan tennisçilər təxminən bir saat gözlədi. Nyu-Yorkda, Artur Eşin adını daşıyan stadionda keçirilən oyun 2 saat 44 dəqiqə davam etdi. Dünyanın 2-ci raketkası Alkaras reytinqin birincisi Sinnerlə duelin yalnız 2-ci setində çətinlik çəkdi. Bu tennisçilər cari mövsümdə finallarda 5-ci, “Böyük dəbilqə” turnirlərində 3-cü dəfə qarşılaşdı. Əvvəlki iki finalın birində (Rolan Qarros) Alkaras, o birində (Uimbldon) Sinner qalib gəlmişdi.
22 yaşlı Alkaras karyerasında 6-cı dəfə “Böyük dəbilqə”nin qalii oldu. O, buna qədər 1 dəfə “US Open”də (2022), hərəsində 2 dəfə “Uimbldon”da (2023, 2024) və “Rolan Qarros”da (2024, 2025) kuboku başı üzərinə qadırıb. Ümumiyyətlə, ATP turnirlərində 23 titulu olan Alkaras məhz “US Open”i qazandığına görə büdcəsinə 5 milyon dollar əlavə etdi.
Reaksiyalar
Amanda Anisimova:

“Əla yay oldu. Ardıcıl iki finalda uduzmaq ağırdı, ancaq bu da dəyərli təcrübədi. Düşünürəm ki, bu gün arzularım uğrunda yetərincə mübarizə apara bilmədim. Qeyri-adi oyun göstərən Arinanı təbrik etmək istəyirəm. Onun kortdakı uğurları ilə qürur duyuram”.


Arina Sobolenko:

“Amandanı ardıcıl iki dəfə “Böyük dəbilqə”də finala çıxdığına görə təbrik edirəm. Finalda uduzmağın necə ağır olduğunu anlayıram. Amanda, əmin ol ki, “Böyük dəbilqə”ni ilk dəfə qazanacağın gün yaxındadı. Qeyri-adi oyun göstərirsən. Səni və komandanı təbrik edirəm. Belə məğlubiyyətlərdən sonra qələbə sevinci daha möhtəşəm olur”.


Karlos Alkaras:

“Yannik, möhtəşəm mövsüm oldu, çoxlu yaxşı oyun keçirdin. Çoxlu titullarına görə səni təbrik edirəm. Səni ailə üzvlərimdən daha çox görürəm. Kortu sənlə bölüşmək mənim üçün çox xoşdu. Komandama və ailəmə də təşəkkür edirəm. Təkcə tennisçi yox, adam kimi böyüməyimə də yardımçı olursuz”.


Kişilər, fərdi
yarımfinal

Alkaras (İspaniya, 2) – Cokoviç (Serbiya, 7) 6:4, 7:6 (7:4), 6:2
Sinner (İtaliya, 1) - Oje-Alyassim (Kanada, 25) 6:1, 3:6, 6:3, 6:4
final
Alkaras (İspaniya, 2) - Sinner (İtaliya, 1) 6:2, 3:6, 6:1, 6:4
Kişilər, cütlərin yarışı
Qranolyers/Sebalyos (İspaniya/Argentina) – Solsberi/Skupski (B.Britaniya) 3:6, 7:6, 7:5
Qadınlar, fərdi
final

Sobolenko (Belarus, 1) - Anisimova (ABŞ, 8) 6:3, 7:6 (7:3)
Qadınlar, cütlərin yarışı
Dabrovski/Rutliff (Kanada/Yeni Zelandiya, 3) – Sinyakova/Taunsend (Çexiya/ABŞ, 1) 6:4, 6:4
Qarışıq
Errani/Vavassori (İtaliya) – Sventek/Ruud (Polşa/Norveç) 6:3, 5:7, 10:6
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri