Icma.az
close
up
RU
Allah izn versəydi, anamı cənnətdə qarşılayardım... Aytən Sakitqızı yazır

Allah izn versəydi, anamı cənnətdə qarşılayardım... Aytən Sakitqızı yazır

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Biz tərəflərdə çox istədiyimiz adamlara belə deyilir: “Səni içimə salıb, qorumaq istəyirəm”.

Analar mələkdir-qoruyur, mühafizə edir, 9 ay bizi bətnində saxlayır. Ürəyinin baş tərəfində. Bəzən böyüyüb onu elə təpiklədiyimiz bətnindən yandırıb, ürəyindən “vururuq”.

Saat hardasa 16-17 olardı. Tanımadığım nömrədən zəng gəldi.

- Aloooo, aloooo, Aytən Sakitqızının nömrəsidir?

- Bəli, buyurun, mənəm. Kimdir ki, xanım tanımadım?

- Qızım, sənin nömrəni o vaxtı bizim ərazidə çəkiliş aparanda almışdım. İndi birdən yadıma düşdü ki, ilk sənə zəng edim.

- Buyurun, nəsə lazımdır?

- Qızım, yalvarıram mənə kömək et. Ya da qocalar evinə yerləşdir. Hazırda paltarlarımı da yığıb küçəyə çıxmışam. Bilmirəm hara gedim, nə edim?!

- Xala hardasız, hansı tərəfdəsiz?

- Xırdalandayam qızım.

- Xala, qaldığınız ərazidə kimsə varmı?. Yəni ki, telefonunuzu yoldan keçən adamlardan birinə verə bilərsinizmi zəhmət olmasa?

- Niyə a bala?

- Deyəcəm, siz verin.

- (Kimisə çağırdı)- A bala bəri gəl görüm, al bu telefonu, jurnalist qız gör nə deyir.

Qalın, xırıltılı bir səs gəldi...

- Salam, xanım buyurun

- Salam, salam, mənə zəhmət olmasa olduğunuz ərazidən “konum” atın, oradakı qadının yanına gəlmək istəyirəm.

- Yaxşı xanım.

- 5 dəq gözlədikdən sonra nəhayət ki, “konum” gəldi. Yollandım həmin əraziyə.

Qadın məni görən kimi çəlliklə üstümə necə atıldısa, gözlərim doldu. Bu çarəsiz, övladlı “sonsuz”qadının, ağbirçəyin bağrıma sığınması ömrümdən bəlkə də 10 il aldı.

- Yalvarıram, başına dönüm qızım, məni burdan apar, tez apar.

- Nə olub xala, əvvəlcə deyin bilim. Səbəb nədir, bu binadamı yaşayırsız, övladlarınız varmı, niyə küçədəsiz, axı nə olub?

- Qızım məni evdən qovub.

- Nə? Səbəb? (Ağzım dilim qurudu. )

- Heç nə, deyir “pensiya kartını mənə ver. Niyə mənimlə qalıb, havayı yeyib-içirsən, amma pensiyanı mənə xərcləmirsən”. Qızım,mən xəstə adamam, pensiyamla dərmanlarımı alıram. Amma qızıma da bazarlıq edirəm. Hətta onun uşağını belə oxutdurmuşam. Ona nə köməklik lazımdırsa etmişəm və edirəm də. Uşaqlarını da mən böyütmüşəm. Deyir, “mənə nə etmisən ki, çimirsən, yeyirsən, yatırsan. Hamı da havayi”. Qızım, təkcə dünən 50 manatlıq bazarlıq etmişəm.

- Bir qızınız var?

- Bəli, onu əlimin içində böyütmüşəm. Oxutdurmuşam, işləyir. Toy edib, cehiz vermişəm. Üstəlik bu günə kimi də əl tuturam.

Amma haqqımı halal etmirəm. Ananı da küçəyə atarlar, qızım?.

- Narahat olmayın, həll edərəm.

Hara gedim, nə edim, necə edim, hara aparım?. Fikirlərimin döngəsində itdim, yetim qaldım. İlahi, yalvarıram, yol göstər.

Taksi sifariş verib, tanıdığım çox yaxın adamıın evinə aparıb, yerləşdirdim.

Bir neçə gün sonra da həmin adamın 1 otaqlı digər mənzilinə köçürtdük, bazarlığına qədər etdik, dərmanlarını da aldıq.

Arada-sırada baş da çəkirik ki, tənhalığını hiss etməsin. Cənnət üzlüdür, yumşaq xasiyyətli və bir az da qorxaqdır sanki.

Gözündəki kədər üzündəki qırışlardan da çoxdur.

Qabarıq əlləri haqqın dərgahındadır, ölməsi üçün imdad diləyir hər gün. Çətindir, çox çətindir o mənzərəni görmək.Dözülməzdir bir ananın fəryadının şahidi olmaq.

Utanır, çox utanır. Çəkdiyi əzabların “cavab”ının bu formada olması onu çox utandırır.

Onu ovutmur mənimkimilərin təsəllisi, gözünün yaşını quruda bilmir xoş sözlərim, niskili bitmir. Gözünün ağı-qarası, ilk göz ağrısının naxələfliyini həzm edə bilmir.

Danışır, danışır, danışır....

Dərdini danışır, dinləyirəm, dinləmək ki,dərd deyil.

Alışıb yanır sanki... Sinəsindən yedizdirdiyi sinəsini yandırıb çünki...

ALLAH İZN VERSƏYDİ, ANAMI CƏNNƏTDƏ QARŞILAYARDIM...

ANAMIN DANIŞDIQLARINDAN...

Anam 6 aylıq hamilə idi. Mənim isə 2 yaşım olardı. Qəfil xəstələndim, hətta həkimlər “qoy rahat can versin, tərpətməyin” dedilər.

Anam bu cümləni həzm etmədi.. Məni də götürüb “qarnı burnunda” Bakıya qaçdı. 2 ay mənimlə o vəziyyətdə xəstəxanada yatdı. Qarnındakını belə düşünmürdü. Halbuki...

Sağaldım sağalmağına, amma yuxarıda qurbanoğlduğum, aşağıda da Tanrını simasında tanıdığım qadının sayəsində...

Böyüdüm, qızım olan günü dərk etdim anamı.

Dildə yox, əməldə olur Ana sevgisi. Hardasa xoşbəxt övladam. Axı hər kəsə müqəddəslərindən “biz nə etdik ki, sənin kimi övlad verdi bizə” ifadəsini eşitməyi nəsib etmir Allah.

Nə vaxtsa yanımda olmayacağını düşünəndə gücsüzləşirəm.

Cənnət məni qəbul etməz, yoxsa anamı orada özüm qarşılayardım.

Oxuduğum hədislərin birində belə yazılmışdı:

“Bir nəfər Allah Rəsulunun sallallahu aleyhi və səlləm yanına gəlir və soruşur: “Ey Allahın elçisi! Ən çox kimə qayğı göstərilməlidir?” Deyir: “Anana!”

Eyniz sualı 3 dəfə təkrar verib, hər üçündə də “Ana” cavabını alır.

Hətta Qurani-Kərimdə belə buyurulur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurub. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış" (İsra, 23).

Demək ki, Allahın özünün belə rizası valideynlərin razılığında, qəzəbi də onların naləsində gizlənir.

Bir anlıq düşündüm ki, mən xəstə, gücsüz, ölümlə mübarizə aparan anasını evdən qovan, yayın qızmar çağında onu küçəyə atan “övlad”ının yerinə ölməyə qorxuram.

Amma o qorxmur. Qorxmur ki, evdən qovduğu anasını Cənnət yaxşı qarşılasa da, bu əməlin cavabında isə öz övladı ona əsl Cəhənnəmi yaşadacaq.

O, kirli vicdan sonrakı peşmançılıq göz yaşı ilə də yuyulmayacaq “bacım”...

Aytən Sakitqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 Avqust 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri