UNEC də startap hərəkatının genişləndirilməsi istiqamətində növbəti yeniliyə imza atılıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 23 dekabr, AZƏRTAC
İlk dəfə olaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) daxili vəsaiti hesabına “Tələbə-StartUp” müsabiqəsi təşkil olunub və tələbələr öz ideyalarını sınamaq, inkişaf etdirmək və startap kimi formalaşdırmaq imkanı qazanıblar.
AZƏRTAC xəbər verir ki, tələbələr tərəfindən təqdim olunan layihələr müsahibə mərhələsində dəyərləndirilib və nəticədə 9 startap ideyası qalib seçilib.
Qalib komandalar UNEC rektoru professor Ədalət Muradov ilə görüşərək, layihələri və gələcək planları barədə müzakirə aparıblar.
Görüş zamanı professor Ədalət Muradov tələbələrin ideyalarının real layihələrə çevrilməsini universitet üçün vacib istiqamət kimi qiymətləndirib və tələbə startaplarının sayının artırılmasının UNEC-in əsas prioritetlərindən biri olduğunu vurğulayıb: “Bu müsabiqə tələbələri yaradıcı düşünməyə, risk etməyə, yeni ideyaları sınaqdan keçirməyə, səhv etməkdən çəkinməməyə və sahibkarlıq dünyası ilə erkən tanış olmağa təşviq edən və dəstək göstərən bir platformadır”, - deyə rektor bildirib. O, tələbələrin yeni düşüncələrinə və təşəbbüslərinə dəstəyin davamlı olacağını qeyd edib.
Qalib komandalar üçün daha bir vacib addım da atılıb. Belə ki, layihələrə “StartUp” şəhadətnaməsinin alınması və müəlliflik hüquqları ilə bağlı sənədlərin əldə olunmasına dəstək göstərilməsi barədə rektor tərəfindən müvafiq tapşırıq verilib.
Tələbələr ideyalarına göstərilən dəstəyi yüksək qiymətləndirərək, bu cür təşəbbüslərin onların özlərinə inamını artırdığını, gələcək planlarını daha aydın görmələrinə kömək etdiyini və onlarda real biznes düşüncəsi formalaşdırmaq üçün mühüm fürsət yaratdığını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 23 Dekabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















