BMT nin Azərbaycandakı rezident əlaqələndiricisi ölkəmizlə əməkdaşlıqdan məmnun olduğunu ifadə edib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 23 dekabr, AZƏRTAC
BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyevanın Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanın BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayıb. O, Vladanka Andreyevaya ölkəmizdəki fəaliyyəti dövründə bu əməkdaşlığın inkişafına dəyərli töhfələr verdiyinə görə təşəkkürünü bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Vladanka Andreyeva Azərbaycanda aparılan sosial islahatlar prosesində, sosial cəhətdən həssas qruplara dəstək göstərilməsi işlərində BMT qurumları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığın daim inkişaf etməsindən məmnunluğunu ifadə edib.
Görüşdə Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin əhəmiyyəti vurğulanıb.
Həmin sənəd əsasında nazirliyin müxtəlif fəaliyyət sahələrində, xüsusilə insan kapitalının inkişafı, layiqli əmək şəraitinin təşviqi və sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətlərində görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 23 Dekabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















