On bir ayda Şəki Reabilitasiya Mərkəzində 7600 dən çox şəxsə xidmət göstərilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Şəki, 23 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi dekabrın 23-də Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 14 çarpayılıq Mərkəzdə əlilliyi olan şəxslərin tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir. Cari ilin 11 ayı ərzində müəssisədə əlilliyi olan 7600-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib.
Diqqətə çatdırılıb ki, Mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində də mühüm işlər aparılır. Postmüharibə dövründə Mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan 141 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.
Müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir.
Media nümayəndələri Şəki Reabilitasiya Mərkəzində yaradılan şəraitlə, burada göstərilən tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə yaxından tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 23 Dekabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















