Icma.az
close
up
RU
Allah şahiddir ki, ona demişdim, get, həyatını qur

Allah şahiddir ki, ona demişdim, get, həyatını qur

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"2006-cı ildə salonda olanda dostumun maşını oradan keçirdi. Onunla görüşəndə gördüm onu, belə tanış olduq. İkinci dəfə ailə qurmaq ağlımda yox idi. Təklif onun tərəfindən gəldi. Bizim münasibətimizdə məntiq daha çox rol oynadı".

Axşam.az xəbər verir ki, Əməkdar artist Nüşabə Ələsgərli "Həftənin qonağı" verilişində deyib. O,  həyat yoldaşı Rza ilə necə ailə qurmalarından danışıb:

"O, Kanadaya getməyə hazırlaşırdı. Onun 32 yaşı var idi, mənim isə 38. Tanış olandan sonra onun qəlbində başqa hisslər də yarandı. Mənə təklif edəndə gülməyim gəldi. Bir azərbaycanlı ana olaraq istəməzdim ki, subay oğlum ailə qurub boşanmış biri ilə evlənsin. Onun tərəfindən düşündüm. Anam da bu mövzunun çox əleyhinə idi. Ona dedim ki, "olmaz". Vizası gəldi, o da çıxıb getdi Kanadaya. 4 aydan sonra bir də gördüm ki, qayıdıb. Söylədi ki, "fikrim ciddidir, orada qala bilmədim". Allah şahiddir ki, mən ona demişdim, get, həyatını qur. Toyda idim zəng gəldi, hava limanında dostu ilə onu qarşıladım. Pis çıxmasın, məcbur qaldım, çünki mənə görə bu qədər qurban verib. Anam razılaşmırdı. O, köhnə fikirli idi. Elə mən də o cür fikirliyəm. Əslində anam haqlıdır. Həyat yoldaşımın qəşəng sözlər deməyi yoxdur, onda hər şey əməldədir".

N.Ələsgərli həyat yoldaşının ailəsinin buna münasibətini açıqlayıb:

"Toy olmadı. Ailəsi o, Kanadaya getməzdən əvvəl də bilirdi. Onlara nə deyib bilmirəm. Gördülər ki, qayıdıb gəldi. Mən getməmişdim ki, Kanadaya, o gəlmişdi. Təbrizdə yaşyırlar. Evlərində olmuşam. Atası da, anası da məni yaxşı qarşılayırlar".

Sənətçi övladları ilə Rza arasındakı münasibəti isə belə şərh edib:

"Həyat yoldaşımla çox yaxın dostuq. Arzulayıram ki, hər ailədə ər-arvad dost olsun. Sevginin bir müddətdən sonra bitdiyi an olur. Dostluq isə uzun müddət davam edir. Mənim övladlarım anamın yanında böyüdülər. Mən evdə tapılmıram. Həmişə iş adamı olmuşam. Ancaq günorta, nahar vaxtı anamgilə gedib uşaqları görmüşəm. Uşaqlarım universitetə girəndə bizim yanımıza gəldilər. Aramızdakı münasibətlə çərçivədə olub. Uşaqlarım həyat yoldaşıma "Siz" deyə müaraciət ediblər. O da eyni ilə. Hər kəs yerini bilməlidir. Amma bilirəm ki, onlar bir-birilərini çox istəyirlər". 

Qeyd edək ki, Nüşabə Ələsgərlinin birinci evlilikdən bir oğlan və bir qız övladı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://axsam.az
archiveBu xəbər 12 Aprel 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri