Allahşükür Paşazadə minatəmizləmə əməliyyatlarına dəstəyinə görə Stirlinq Fonduna təşəkkür edib
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə göstərdiyi maddi və mənəvi dəstəyə görə Stirlinq Fonduna təşəkkür edib.
525.az xəbər verir ki, QMİ sədri bununla bağlı ABŞ-də keçirilən İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Ümumdünya Qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan dünyada müxtəlif din və məzhəb ardıcılları arasında tarixən heç bir qarşıdurma baş vermədiyi nadir məkanlardandır:
"Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar bərabər hüquqlara malikdirlər, dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Bəşərin xoşbəxt gələcəyi sülh və dinc yanaşı yaşamaq təməlləri üzərində mümkündür. Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq, Yuta ştatı, Stirlinq Fondu, 12 həvarilər kvorumu ilə əlaqələrin yüksək səviyyəli işgüzar, səmərəli münasibətləri ilə fəxr edir. Bu əlaqələrimizin birgə təşəbbüslər, müştərək tədbirlərlə davam və inkişaf etməsi ümumi məramımızdır".
Baxış sayı:45
Bu xəbər 06 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















