Icma.az
close
up
RU
Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 6-da bu ölkənin Vitse-prezidenti Yerlan Karin təşəbbüsü ilə onunla görüşüb.

Bu barədə Axar.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazaxıstanın Vitse-prezidenti Y. Karin Şeyxülislam A. Paşazadəni ölkəsində görməkdən məmnun olduğunu ifadə edib. Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin salamlarını Şeyxülislama yetirən Y.Karin Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin daimi üzvü olan A.Paşazadənin Astana Qurultaylarında və Qurultay Katibliyinin iclaslarında mütəmadi və fəal iştirakını, Astana Qurultayları ideyasının bünövrəsində duran şəxsiyyət, dini lider olaraq yüksək dəyərləndirdiklərini xüsusi vurğulayıb.

Şeyxülislam A.Paşazadə, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevə çatdırmağı Y.Karindən rica edib. Bildirib ki, qardaş ölkələrimizin müdrik liderlərinin qarşılıqlı ehtirama əsaslanan münasibətləri, dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq zirvəsinə yüksəlməsi xalqlarımızın və dövlətlərimizin mənafeyinə ali xidmətdir və həyatın bütün sahələrində əlaqələrimizin, o cümlədən, dini-mənəvi sahədə əlaqələrin inkişafına böyük təkan verir. Azərbaycan-Qazaxıstan dostluq və qardaşlığının xoş günlərdə və çətin məqamlarda sınaqdan keçmiş münasibətlər olduğu xüsusi qeyd olunub.

Yeni yaradılmış Vitse-prezident vəzifəsinə ilk olaraq təyinat almış Y.

Karinə ali dövlət məqamında fəaliyyətində uğurlar diləyən A.Paşazadə Qazaxıstan dövlətinin yeni Konstitusiyasının qəbuluna, yeni seçilmiş Parlamentinə - Qurultaya xeyir-dualar diləyib. Şeyxülislam Qazaxıstan dövlətində həyata keçirilmiş yeni islahatların qardaş qazax xalqı üçün xeyirlərə vəsilə olacağına, daha yüksək zirvələrə qaldıracağına əminliyini ifadə edib.

İki onillikdən artıq tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma olan Astana Qurultaylarının daimi iştirakçısı olmaqdan şərəf duyduğunu bildirən A.Paşazadə bu ali forumun uğurunda Qazaxıstanın müdrik lideri K.J.Tokayevin böyük rolu olduğunu xüsusi vurğulayıb. Astana Qurultayları Katibliyinə rəhbərlik məqamında Y.Karinə uğurlar diləyən QMİ sədri əlavə edib ki, iştirak etdiyi bütün beynəlxalq forumlarda Astana Qurultaylarının əhəmiyyətini və rolunu hər zaman diqqətə çatdırır, bu forumun qabaqcıl ideyalarını təşviq edir.

Y.Karin Qazaxıstanın yeni parlamenti, onun tərkibi barədə məlumat verib. Həmçinin bildirib ki, Astana Qurultaylarının Katibliyinin statusu daha da gücləndirilib, bu isə tədbirə verilən önəmin göstəricisidir.

Görüşün gedişində Astana Qurultayları Katibliyinin 24-cü sessiyasının gündəliyinə çıxarılmış İqlim dəyişmələri ilə mübarizədə dinlərin rolunun artırılması mövzusunda sənədin və Süni intellektdən istifadənin Etik kodeksinin təqdimatının olduqca aktual və zəruri olduğu fikri vurğulanıb. Şeyxülislam qeyd edib ki, COP 29 Bakı İqlim Sammiti çərçivəsində keçirilən Dini liderlərin Zirvə görüşündə qəbul edilən Yekun sənəddə - Dini Liderlərin Bakı Bəyannaməsində də bu mühüm məsələyə dair mövqe ifadə edilib. A.Paşazadə rəqəmsal texnologiyaların sürətli inkişafı dövründə süni intellektin həyatımıza hədsiz nüfuz etməsi ilə bağlı məsələnin dini mərkəz olan QMİ-nin diqqətində olduğunu vurğulayıb.

Şeyxülislam bu yaxınlarda Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin növbəti VII iclasında və bu çərçivədə “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda Birinci Beynəlxalq konfrans barədə Qazaxıstanın Vitse-prezidentinə məlumat verib. Bildirib ki, Qazaxıstanın Baş Müftisi Naurızbay Taqanulınin və onun rəhbərliyi ilə qazax nümayəndə heyətinin iştirak etdiyi tədbir beynəlxalq müstəvidə böyük əks-səda doğurub. Konfrans iştirakçılarının işğaldan azad olunmuş Qarabağ torpaqlarına səfəri zamanı qonaqlar ümumislam əhəmiyyətli tarixi dini irsin əsarətdən xilas edilərək dirçəldilməsi, azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, möhtəşəm Qayıdış layihələri ilə tanış olublar. Xüsusilə Prezident İlham Əliyev tərəfindən Beynəlxalq Konfrans iştirakçılarının qəbul edilməsi və dövlətimizin başçısının dərin məzmunlu, əhatəli çıxışı din xadimlərinin böyük rəğbətinə səbəb olub.

Şeyxülislam A.Paşazadə bildirib ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi dünyada tanınan Azərbaycanda gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində dini liderlərin Zirvə görüşünün keçirilməsi nəzərdə tutulur. İƏT toplantısı ərəfəsində Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı ilə keçiriləcək tədbirdə Əl-Əzhəri Şərifin Böyük İmamı Şeyx Əhməd ət-Tayyibin fəxri qonaq olaraq iştirak edəcəyi diqqətə çatdırılıb. A. Paşazadə bir sıra dövlət liderlərinin və rəsmilərinin iştirakı gözlənilən bu ali foruma Qazaxıstanın Vitse-prezidenti Y. Karini dəvət etməkdən şərəf duyduğunu ifadə edib. Dəvət məmnuniyyətlə qəbul olunub.

Şeyxülislam bu yaxınlarda Xəzər dənizində hərbi təlim zamanı həlak olan qazax hərbçilərlə bağlı Qazaxıstanın Baş Müftisinə başsağlıqlarını bildirdiyini qeyd edib, bu gün isə Vitse-prezidentin simasında hadisə ilə bağlı Qazaxıstan dövlətinə və xalqına, həlak olanların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verib, Uca Allahdan mərhumlara rəhmət diləyib. AZAL təyyarəsinin qəzası zamanı Qazaxıstanın göstərdiyi yardım, diqqət və qayğı, əsl qardaşlıq nümunəsi xüsusi qeyd olunub.

Görüşdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Paşazadə çıxış edərək Azərbaycan və Qazaxıstan dövlət rəhbərlərinin müdrik siyasi səyləri sayəsində ikitərəfli münasibətlərdə müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin zirvəyə yüksəlməsindən, parlamentlərimiz arasında əməkdaşlıq səviyyəsindən, parlamentlərarası dostluq qrupunun fəaliyyətindən məmnunluğunu ifadə edib. Parlamentlərlərarası əməkdaşlıq müstəvisində iştirak etdiyi tədbirlərdə ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən, iqtisadi, ticari, logistik əlaqələrin inkişafında yüksəksəviyyəli əlaqələrin əhəmiyyətindən danışan C. Paşazadə vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə bu əlaqələr daha da yüksək zirvəyə ucalacaq.

Səmimi şəraitdə keçən qəbulda Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əskərov iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Oktyabr 2026 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri