Allergiyanız varmı? Simptomlar, testlər və qorunma yolları
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Allergik rinit bədənin immun reaksiyası nəticəsində inkişaf edən və uzunmüddətli burun tutulmasına səbəb olan ən yayılmış amillərdən biridir".
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı həkim Aleksandra Filyova RT-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, allergik rinit zamanı immun hüceyrələri əksər insanlar üçün zərərsiz olan maddələri bədən üçün təhlükəli hesab edərək onlara hücum edirlər.
"Nəticədə iltihab inkişaf edir. Bu proses həm mövsümi (məsələn, yazda bitkilərin çiçəklənməsi zamanı), həm də ilboyu (toz, kif və ya digər məişət elementlərinə qarşı allergiyadırsa) davam edə bilər", - deyə həkim izah edib.
Mütəxəssis qeyd edib ki, allergik rinitin simptomları olduqca spesifikdir: bunlara burun tutulması, şəffaf axıntı, asqırma, burunda qaşınma və gözlərin sulanması daxildir. Lakin reaksiyaya səbəb olan konkret amili müəyyən etmək üçün həkim nəzarəti altında bir sıra testlər keçirilməlidir.
"Əgər burun axıntısı allergiyadan qaynaqlanırsa, ilk növbədə allergenlə təmasdan çəkinmək lazımdır. Məsələn, reaksiyaya səbəb olan qidaları rasiondan çıxarmaq, neytral təmizlik və kosmetik vasitələrə keçmək və ya yataq otağındakı dibçək güllərini kənarlaşdırmaq tövsiyə olunur. Allergiyanın mənşəyi məlum deyilsə, dəqiq diaqnoz üçün qan və dəri testlərindən keçmək vacibdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 12 Mart 2026 07:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















