Alman avtomobil sənayesi Çin faktoruna görə ixtisarlara başlayıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Çin brendlərinin Avropa bazarında mövcudluğunu sürətlə artırması fonunda Almaniyanın aparıcı avtomobil istehsalçıları kadr ixtisarlarının genişmiqyaslı dalğasına başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Məlumata görə, "Volkswagen" 2030-cu ilədək bütün işçi qüvvəsinin təxminən altıda birini təşkil edən 100 minə qədər iş yerinin ixtisarı imkanını nəzərdən keçirir. Öz növbəsində, "Mercedes-Benz" yay bonuslarının ödənilməsindən imtina edib və artıq 5,5 minə yaxın əməkdaşın yararlandığı "könüllü işdən çıxma" proqramlarına başlayıb. Bundan əlavə, şirkət hesablayıb ki, personal 30 ildən çox qüvvədə olan 35 saatlıq iş həftəsindən yenidən 40 saatlıq iş həftəsinə keçərsə, istehsalın həcmi dərhal 15 % arta bilər.
"BMW" həmçinin mənfəət proqnozuna azalma istiqamətində yenidən baxaraq bunu Çin bazarında tələbatın zəifləməsi və İranla münaqişənin nəticələri ilə izah edib. Şirkət 10 minədək işçiyə təsir edə biləcək ştat ixtisarına hazırlaşır. İyunun ortalarından başlayaraq "BMW" səhmlərinin kotirovkaları 13 % ucuzlaşıb, investorlar isə digər Avropa avtomobil konsernlərindən də proqnozların daha da pisləşməsini gözləyirlər.
FT diqqətə çatdırıb ki, Avropada yeni avtomobil satışlarının illik ifadədə 4 % artmasına baxmayaraq, may ayında "Volkswagen", "Mercedes-Benz", "Stellantis" və "Renault" öz bazar paylarının bir hissəsini itirib. Bununla yanaşı, "BYD", "Chery" və digər Çin avtomobil şirkətlərinin ümumi bazar payı ilk dəfə olaraq 10 % həddini aşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 28 İyun 2026 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















