Alman müxalifəti alman qüvvələrinin Ukraynaya yerləşdirilməsini dəstəkləyib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müharibə başa çatdıqdan sonra alman sülhməramlılarının Ukraynada yerləşdirilməsinin alternativi yoxdur. Polşanın “Rzeczpospolita” nəşri xəbər verir ki, bunu müxalifət partiyası Xristian Demokratik İttifaqının (XDİ) təhlükəsizlik üzrə spikeri Roderix Kizivetter deyib.
Kizivetter əlavə edib ki, Almaniya Ukraynada baş verənlərə "lazımi vaxtda yaxşı təchiz olunmuş qoşunlarla" müdaxilə etməlidir və onun sözlərinə görə, bu variantı istisna etmək ehtiyatsızlıq olardı. Deputat əlavə edib ki, alman sülhməramlılarının iştirakı Aİ və NATO-nun birgə fəaliyyəti çərçivəsində həyata keçirilməlidir.
Dekabrın sonunda Almaniya kanslerinə namizəd, XDİ lideri Fridrix Merts bildirmişdi ki, Almaniya Rusiya ilə konsensus əsasında Ukraynadakı sülhməramlı missiyada iştirak etməlidir.
Dekabrın əvvəlində Almaniyanın xarici işlər naziri Annalena Barbok açıqlamışdı ki, alman qoşunları Rusiya ilə Ukrayna arasında atəşkəsdən sonra sülhün təmin olunmasında iştirak edə bilər.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 04 Yanvar 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















