Icma.az
close
up
RU
Səlçuk Karakılıç: Bu qətliam yalnız Azərbaycanın deyil, bütün türk dünyasının vicdanını sarsıtdı

Səlçuk Karakılıç: Bu qətliam yalnız Azərbaycanın deyil, bütün türk dünyasının vicdanını sarsıtdı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"20 Yanvar 1990-cı il Azərbaycan tarixində sadəcə bir tarix deyil. Bu gün, bir millətin yaddaşına qanla yazılmış, acısı nəsillər boyu daşınacaq bir faciədir".

Bunu XQ-yə açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəsinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib. 

"Həmin gecə sovet-rus ordusunun Bakıda və Azərbaycanın müxtəlif bölgələrində törətdiyi qətliam, silahsız mülki əhaliyə qarşı həyata keçirilmiş açıq bir zorakılıq, insanlığa qarşı ağır bir cinayət idi. Küçələrdə axan günahsız qan, yarımçıq qalan gənc ömürlər, anaların fəryadı, atasız qalan uşaqlar Azərbaycan xalqının yaddaşına silinməz izlər buraxdı. 20 Yanvarı unutmadıq, unutmayacağıq! 

Bu qətliam yalnız Azərbaycanın deyil, bütün türk dünyasının vicdanını sarsıtdı. O gecə Bakıda səslənən silahlar, əslində, min kilometrlərlə uzaqda da eşidildi. 20 Yanvar faciəsinin acısı Azərbaycanın sərhədlərini aşaraq Türkiyənin ürəyinə qədər çatdı. Ankarada, İstanbulda, İzmirdə,  Bursada, Adanada, Diyarbəkirdə, Kırşəhərdə, Yozqatda, Qarsda qardaş Azərbaycan üçün ürəklər yandı. Sanki tanklar yalnız Bakının küçələrinə deyil, bu şəhərlərə də girmişdi. Sanki paletlərin səsi Anadolunun vicdanında əks-səda verdi. Türkiyə türkləri ekran başında donub qaldı, xəbərləri izlədikcə kədərləndi, qardaşına edilən bu vəhşiliyi öz qəlbində hiss etdi. 

O gecə Türkiyədə analar anaların ağrısını anladı, atalar atasız qalan uşaqların dərdini öz ürəyində yaşadı. Küçələrdə sükut vardı, ürəklərdə isə kədər və qəzəb bir-birinə qarışmışdı. Çünki bu, uzaqda baş verən yad bir hadisə deyildi. Bu, bir millətin iki dövlətdə eyni anda yaşadığı ortaq bir faciə idi. Azərbaycana sıxılan güllələr, Türkiyədə vicdanlara sıxılmışdı.

20 Yanvar gecəsi Anadoluda hiss edilən kədər “bir millət, iki dövlət” sözünün sadəcə bir şüar deyil, qanla və göz yaşı ilə möhürlənmiş bir qardaşlıq həqiqəti olduğunu bir daha sübut etdi. 

20 Yanvar gecəsi Azərbaycan xalqının əzmini sındırmağa çalışdılar. Lakin tarix başqa cür yazıldı. Tanklar bədənləri əzdi, canlar aldı, amma milli ruhu sındıra bilmədilər. Şəhidlərin qanı ilə müstəqillik yolunun ilk böyük bədəli ödənildi. Məhz bu səbəbdən 20 Yanvar yalnız matəm günü deyil, ağır olduğu qədər, hürriyyətin və milli oyanışın rəmzi olaraq qanlı-qara tarixin səhifələrinə yazıldı. 

Azərbaycan xalqının sınaqları bununla bitmədi. Xocalı qətliamı insanlığın vicdanında dərin bir yara açdı. Günahsız körpələrin, qadınların, qocaların amansızcasına qətlə yetirilməsi bütün dünyaya utanc yaşatdı. Qarabağın uzun illər işğal altında qalması isə bir millətin yurd həsrəti ilə yaşamasına səbəb oldu. Minlərlə şəhid, yüz minlərlə məcburi köçkün bu ağır tarixin canlı şahidinə çevrildi.

Lakin bütün bu travmatik hadisələr Azərbaycan xalqını sındıra bilmədi. Azərbaycan yıxıldı, amma diz çökmədi. Ağrı ilə yanaşı səbr, itkilərlə yanaşı iradə böyüdü. Hər şəhid torpağa deyil, gələcəyə tapşırıldı. Hər göz yaşı bir gün qürura çevriləcək ümidlə axdı. 

Tarix gec də olsa öz ədalətini göstərdi. Qarabağ Zəfəri ilə Azərbaycan sübut etdi ki, haqq gecikir, amma əsla itmir. İşğal altındakı torpaqlar azad edildi, illərlə yarımçıq qalan ədalət bərpa olundu. Bu zəfər təkcə hərbi uğur deyildi. Bu zəfər 20 Yanvardan Xocalıya, oradan Qarabağa uzanan şərəflə yazılmış bir xalq mübarizəsinin təntənəsi idi. Şəhidlərin ruhu şad oldu, millətin başı dik durdu.

Bu gün Azərbaycan müstəqil, güclü və öz taleyinə sahib çıxan bir dövlətdir. Keçmişin ağrıları unudulmur. Amma bu ağrılar Azərbaycanı zəiflətmir, əksinə, onu daha ayıq, daha güclü və daha birlik içində saxlayır. Azərbaycan artıq yalnız çəkdiyi acılarla deyil, qurduğu güclü dövlətlə, ortaya qoyduğu iradə ilə tanınır. 

Bu yol asan olmadı, lakin bu yol şərəfli oldu. Azərbaycan xalqı tarixə göstərdi ki, azadlıq təsadüfən verilmir,  qanla, səbrlə və əzmlə qazanılır. Bu gün dalğalanan bayraq, 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının və Qarabağ uğrunda can verənlərin müqəddəs əmanətidir.

Bu duyğularla 20 Yanvar şəhidlərini dərin ehtiram və sonsuz rəhmətlə anır, ailələrinə və bütün Azərbaycan xalqına ürəkdən başsağlığı veririk. Bilinməlidir ki, bu acılar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq dərdidir. Dünən olduğu kimi bu gün də, sabah da Türkiyə hər zaman Azərbaycanın yanındadır. Mən də bir qardaş olaraq, hər şəraitdə Azərbaycan xalqının yanında olduğumu səmimi və qürurla ifadə edirəm. 

20 Yanvar şəhidləri azadlıq yolunun ilk böyük məşəlləri oldu.

Onların yandırdığı işıq bu gün müstəqil və güclü Azərbaycanın yolunu aydınladır. 

Gələcək ümidlidir. Çünki bu millət tarixə bir daha əsla boyun əyməyəcəyini yazıb", - deyə S.Karakılıç əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri