Alman nəhəngi Qarabağ ın ulduzunu istəyir: Bu dəfə puluyla
Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniya Bundesliqa klublarından "Borussiya Dortmund" qış transfer pəncərəsində yenidən "Qarabağ"ın qapısını döyəcək.
"Apasport"a verilən məlumata görə, almanlar daha əvvəl də heyətinə qatmaq istədiyi Mateuş Koxalski üçün "Qarabağ"a növbəti dəfə təklif göndərəcək.
Ötən aylarda Koxalski qarşılığında Emre Canı təklif edən dortmundluların barter cəhdi Ağdam təmsilçisi tərəfindən rədd edilmişdi.
"Qarabağ" Emre Canın keçidinə yüksək maaş tələbi və yaşı səbəbindən isti yanaşmamışdı. "Borussiya" isə Mateuş Koxalski üçün 3 milyon avroluq transfer haqqını ödəmək istəməmişdi və beləcə danışıqlar son mərhələdə dayanmışdı.
Əldə etdiyimiz məlumata görə, Almaniya nəhəngi son dövrdə inamlı çıxışıyla Avropa bazarında diqqət mərkəzinə düşən və Polşa milli komandasına dəvət olunan Koxalskini heyətinə qatmaq üçün qışda yenidən hərəkətə keçəcək.
Mateuş qarşılığında Emre Can təklifi geri çevrilən sarı-qaralar bu dəfə müəyyən transfer məbləği qarşılığında polşalı qapıçını Almaniyaya aparmağa çalışacaq.
Qeyd edək ki, "Transfermarkt" portalında dəyəri 1 milyon 500 min avro olaraq qiymətləndirilən 25 yaşlı qapıçının "Qarabağ"la 2027-ci ilin iyun ayına qədər müqaviləsi var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 02 Dekabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















