Icma.az
close
up
RU
Almaniya Azərbaycan əməkdaşlığı: Nələr gözlənilir?

Almaniya Azərbaycan əməkdaşlığı: Nələr gözlənilir?

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana səfər edib və prezident İlham Əliyev ilə görüşüb. İ.Əliyev bildirib ki, bərpaolunan enerji sahəsində, harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var.

Maraqlıdır, Almaniya ilə birgə hansı işlər görülə bilər?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov  Almaniyanın iqtisadiyyatının son illərdə ciddi problemlərlə üzləşdiyini bildirib.
 

Onun sözlərinə görə, ən əsas çətinlik isə iqtisadi durğunluq və struktur zəiflikləridir:

“2025-ci ildə Almaniya üçün ÜDM artımının yalnız 0,7 faiz olacağı proqnozlaşdırılır. 2017-ci ildən bəri iqtisadi artım cəmi 1,6 faiz olub, bu isə Avropa İttifaqının 9,5 faiz olan ortalamasından xeyli aşağıdır. Yüksək enerji qiymətləri, dövlət sərmayələrinin aşağı səviyyəsi və ixraca asılılıq kimi faktorlar bu durğunluğu dərinləşdirir. Eyni zamanda, Almaniyanın sənaye bazası zəifləyir, tanınmış şirkətlər istehsalın bir hissəsini xaricə köçürür və sənaye istehsalı azalır.

Almaniyanın yaşlanan əhalisi də iqtisadiyyatın əsas problemlərindən biridir. Kiçilən əmək ehtiyatı və avtomatlaşdırma təzyiqləri ilə sənayelər üzləşir. Sənayedə ixtisarlar və struktur dəyişiklikləri gözlənilir, lakin iqtisadiyyatın rəqabət qabiliyyətini qorumaq üçün ciddi dövlət investisiyaları və yeni siyasət islahatları lazımdır. Dövlət sərmayələri Aİ-nin ortalamasından xeyli aşağıdır, bürokratik maneələr və struktur problemləri isə innovasiya və inkişafı əngəlləyir”.

Ekspert qeyd edib ki, Mərkəzi və Şərqi Avropa ölkələri, xüsusən Polşa və Macarıstan, daha dinamik iqtisadiyyatlarla Almaniyanı geridə qoyur:

“Almaniya, Çin və digər ölkələrin artan rəqabətinə qarşı mübarizədə çətinliklərlə üzləşir. Çin avtomobil istehsalçıları, xüsusən elektrik avtomobillərindəki irəliləyişlərlə Alman avtomobil sənayesini təhdid edir. Bundan əlavə, Almaniyanın ABŞ ilə ticarətində də çətinliklər mövcuddur. Almaniya üçün irəliləmək üçün ciddi iqtisadi, siyasi və struktur islahatları tələb olunur. İqtisadi artımın canlandırılması, yüksək enerji qiymətlərinin qarşısının alınması, sənayenin rəqabət qabiliyyətinin artırılması və bürokratik maneələrin aradan qaldırılması əsas hədəflərdir. Əgər islahatlar həyata keçirilməsə, bu, yalnız Almaniyanın iqtisadiyyatını zəiflətməyəcək, həm də Avropa daxilində iqtisadi qeyri-bərabərliyi artıracaq”.

E.Əmirov düşünür ki, Almaniyanın yenidən iqtisadi artım dinamıkasını yüksəldəcək çünki bunun üçün lazım olan hər şey bu ölkədə var, sadəcə bəzi siyasi-iqtisadi yanlışlar bu dinamikanı sıradan çıxarmışdı. 

 
Mütəxəssis nəzərə çatdırıb ki, son illərdə Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib:

“Bu əlaqələr həm ticarət, həm də investisiya sahəsində müsbət tendensiyalar göstərir. Bir milyardın altında oaln ticarət dövriyyəsi 2013-cü ildə 2,1 milyard dollar, 2014-cü ildə isə özünün tarixi rekordunu yeniləyərək 2,6 milyard dollara çatdı. Lakin, 2017-ci il, pandemiya ilini istisna etmək şərti ilə, bu əlaqələrin ən aşağı səviyyəyə düşdüyü dövr oldu; həmin il ticarət dövriyyəsi yalnız 867 milyon dollar olub. Son zamanlarda isə göstəricilər müsbət inkişaf etməyə başladı. 2025-cü ilin yanvar-fevral aylarında Azərbaycan ilə Almaniya arasında ticarət əməliyyatlarının həcmi 485 milyon dolları keçdi. Bu isə 180 faiz, yəni əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artım deməkdir. Əsasən Azərbaycan, Almaniyaya 284,9 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur. Almaniya, Azərbaycanın ümumi ixracının 5,98%-ni təşkil edərək 5-ci ən böyük ticarət tərəfdaşı olub. Hesabat dövründə Almaniyadan Azərbaycana olan idxal 200,4 milyon dollar olub ki, bu da illik müqayisədə 76,3% artım deməkdir. Bu statistika ölkələr arasında iqtisadi əlaqələrin güclənməsinin göstəricisidir. İnvestisiya sahəsində də nəzərəçarpan irəliləyişlər müşahidə olunub. Almaniyanın Azərbaycana qoyduğu birbaşa xarici investisiyalar 2024-cü ildə 75,3 milyon dollar olub və bu, əvvəlki illə müqayisədə 2,83 dəfə artıb. 2024-cü ildə Azərbaycanın ümumi xarici sərmayələri isə 7,05 milyard dollar təşkil edib, bu da 5,83% artım deməkdir”.

O, sonda vurğulayıb ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri hər iki ölkəni iqtisadiyyatına, xüsusilə də ticarət və investisiya sahəsinə, eləcə bu əlaqələrin gələcək inkişafına təsir göstərə bilər. Çünki, bu cür səfərlər ölkələr arasında ticarət mübadiləsinin artmasına, yeni investisiya layihələrinin həyata keçirilməsinə və biznes mühitinin daha da yaxşılaşdırılmasına təkan verir.

Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri