Icma.az
close
up
RU
Almaniya ilə Azərbaycanı müqayisə edən Nurlan Həsənov qeybə çəkildi: Merkel aşiqi deputatlığa namizəd ortalarda yoxdur FOTO / VİDEO Yeni Çağ Media

Almaniya ilə Azərbaycanı müqayisə edən Nurlan Həsənov qeybə çəkildi: Merkel aşiqi deputatlığa namizəd ortalarda yoxdur FOTO / VİDEO Yeni Çağ Media

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş VI çağırış Milli Məclisin deputatı Nurlan Həsənov qeybə çəkilib.

Yenicag.az xəbər verir ki, deputatlığa namizəd Nurlan Həsənov digər namizədlərdən fərqli seçki təbliğatı kampaniyası “aparır”.

“Aparır” ona görə dırnaq arasında verilib ki, hələlik Həsənovun təbliğat kampaniyası ilə bağlı mətbuatda heç bir məlumat paylaşılmayıb.

Axtarış alətlərini istifadə edərək Həsənov haqqında son məlumatlara baxdıqda heç bir informasiyanın olmadığı aydınlaşır.

Onun sosial media hesabını qapatmasının tarixçəsi ilə Yenicag.az saytında gedən Tarif Şurasının benzinin qiymətinin artırılması ilə bağlı qərarına verdiyi reaksiya ilə bağlıdır.

2021-ci ildə saytımıza verdiyi açıqlamada Tarif Şurasının qərarını müdafiə etməyə çalışan gənc deputat “Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir” kimi bir cümlə işlətmə qəflətinə düşüb. Yenicag.az olaraq onun bu açıqlamasını yaydıqdan sonra sözlərini təkzib edən deputat saytımıza qarşı təhqiramiz ifadələr işlətmiş, sosial media hesabında deputata yaraşmayan paylaşımlar etmişdi. Sonradan deputatın səs yazısını yayımlayaraq onun iddialarının əsassız olduğu üzə çıxarılmışdı.

Bu qalmaqaldan sonra Dr. Həsənov sosail media hesabını bağlamışdı. Görünür, onun sosial media fobiası o qədər dərindir ki, heç seçki ilə bağlı da onu aktivləşdirməyib.

Nurlan Həsənov adlı deputatın varlığından insanların xəbər tutduğu başqa bir hadisə isə Almaniyanın keçmiş kansleri Angela Merkellə bağlı etdiyi paylaşım olub. Merkel aşiqi olduğunu gizlətməyən “siyasətçi”nin paylaşımı birmənalı qarşılanmayıb. Merkellə şəkil çəkdirməyi “şans” kimi qiymətləndirən deputat paylaşımında Azərbaycan dilinin qaydalarını da gözləməmişdi. Hakim partiyasının deputatının Almaniyanı “insanların ən xoşbəxt yaşadığı ölkə” adlandırması isə sosial mediada uzun müddət məzə obyektinə çevrilmişdi.

Həsənovun Milli Məclis göstəricilərinə nəzər saldıqda onun burada da susqun olduğunu görürük. Belə ki, meclis.info-da onun ümumi reytinqinin 8,79 faiz olduğu görülür. Bunun 0,27 faizini media, 4,30 faizini sosial media və 4,22 faizini isə Milli Məclisdəki aktivliyi təşkil edir.

Nurlan Həsənovun bu fəaliyyətsizlik ilə yenidən deputat seçilib-seçilməyəcəyinə isə seçicilər qərar verəcəklər.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 04 Noyabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri