Icma.az
close
up
RU
Almaniya iqtisadiyyatının vəziyyəti nadir hallarda bu qədər narahatlıq doğurub SORĞU AZƏRTAC

Almaniya iqtisadiyyatının vəziyyəti nadir hallarda bu qədər narahatlıq doğurub SORĞU AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Berlin, 28 dekabr, AZƏRTAC

Almaniya iqtisadiyyatı dərin böhran içindədir və yeni il üçün perspektivlər qaranlıqdır.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, bu, Kölndəki Alman İqtisadiyyat İnstitutunun (IW) sənaye müəssisələrinin təmsilçiləri arasında apardığı sorğunun nəticələrində əksini tapıb.

Ötən illə müqayisədə 49 biznes birliyindən 31-i mövcud vəziyyəti daha ağır olaraq dəyərləndirib. Vəziyyətin belə olmasının səbəbi kimi enerji, işçi qüvvəsi və xammal üçün yüksək xərclərlə yanaşı, Almaniyada bürokratiya və siyasi xaosun investisiya qoyuluşunu və rəqabətin qarşısını aldığı da göstərilib.

IW-nin direktoru Mixael Hüther vəziyyətin kritik olduğunu vurğulayıb. “Vəziyyət nadir hallarda bu qədər narahatlıq doğurub. Biz son 100 il ərzində bir sıra böhranlar yaşadıq, lakin onların heç birinin səbəbləri indiki qədər mürəkkəb deyildi”, - deyən M.Hüther böhranın əsas səbəbinin hökumətin yanlış siyasəti olduğunu qeyd edib.

Sorğudan iştirak edən 49 sənaye müəssisəsindən 20-si 2025-ci ildə istehsal həcminin azalacağını proqnozlaşdırıb. Dörd assosiasiya - tökmə zavodları, polad və metal emalı, plastik emalı və poliqrafiya sənayesi dərin tənəzzülə hazırlaşdıqlarını açıqlayıb. Alman İqtisadiyyat İnstitutunun tədqiqatçıları tənəzzülün maşınqayırma, keramika, şüşə, ağac emalı, tekstil, qida və mədən sənayelərində də davam etdiyini bildiriblər. Nisbətən optimist fikirdə olanlar əsasən 16 sahəni, o cümlədən enerji və su sənayesi, həmçinin əczaçılıq, logistika və digər sektorları təmsil edirlər. Sənaye birliklərinin 25-i gələn il iş yerlərinin ixtisar ediləcəyini, yalnız yeddisi artım gözləyir. İş yerlərinin, ilk növbədə, avtomobil və dəmir-polad istehsalı, eləcə də maşınqayırma sənayesində azalacağı gözlənilir.

Qeyd edək ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın buraxılması ilə bağlı çıxışında şirkətlərin çətin vəziyyətə düşdüyü və iş yerlərinin risk altında olduğu iqtisadi qeyri-müəyyənlikdən bəhs etmiş və bu baxımdan növbəti federal hökumətin qarşısında böyük vəzifələr durduğunu bildirmişdi.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri