Ifo: Almaniya iqtisadiyyatının zəifliyi xroniki xarakter alıb
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniya iqtisadiyyatının zəifliyi xroniki xarakter alıb və biznes mühiti indeksi 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb.
“Report” xəbər verir ki, bu barədə “İfo” Münhen İqtisadi Araşdırmalar İnstitutunun bəyanatında deyilir.
Vurğulanıb ki, “Ifo” biznes mühiti indeksi dekabrda 0,9 bənd azalaraq 84,7 bənd olub. Bu, 2020-ci ilin may ayından bəri ən aşağı dəyərdir. Belə ki, iqtisadçılar 85,5 bənddə çox az dəyişiklik gözləyirdilər.
“Ifo” biznes mühiti indeksi təxminən 9 min alman müəssisəsinin sorğusu əsasında hesablanır və Almaniya iqtisadiyyatındakı vəziyyəti xarakterizə edən əsas göstərici hesab olunur.
Xatırladaq ki, Almaniya iqtisadiyyatı ciddi böhran yaşayır. Noyabrda ölkədə inflyasiya sürətlənərək illik 2,2% təşkil edib. İnflyasiya səviyyəsi ikinci aydır ki, artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 18 Dekabr 2024 07:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















