Almaniya Kansleri HƏMAS ın ABŞ ın planına razılıq verməsini sülh üçün ən yaxşı şansı adlandırıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Berlin, 4 oktyabr, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts HƏMAS-ın ABŞ-ın sülh planına razılıq verməsini müharibənin başlanmasından bəri sülh üçün ən yaxşı şans adlandırıb.
AZƏRTAC xəbər verir ki, Kansler X platformasındakı paylaşımında HAMAS-ın razılığından sonra Qəzzada sülhün və girovların azad edilməsinin əlçatan olduğunu vurğulayaraq bildirib: “Almaniya hökuməti ABŞ Prezidentinin hər iki tərəfə çağırışını qətiyyətlə dəstəkləyir. Döyüşlər dərhal dayandırılmalıdır. Girovlar azad edilməlidir. HAMAS silahları yerə qoymalıdır. Bütün bunlar çox sürətlə baş verməlidir. Bu, demək olar ki, iki illik müharibədən sonra sülh üçün ən yaxşı şansdır. Almaniya bundan sonra da prosesə öz töhfəsini verəcək”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 04 Oktyabr 2025 06:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















