Almaniya kütləvi deportasiyaya hazırlaşır: Gizli danışıq
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Almaniya hökuməti Əfqanıstan vətəndaşlarının kütləvi deportasiyası üçün Talibanla gizli danışıqlar aparır və yeni mexanizm üzərində işləyir.
Axar.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, Almaniya Daxili İşlər Nazirliyi Əfqanıstan vətəndaşlarının yalnız çarter reysləri ilə deyil, adi sərnişin təyyarələri ilə də deportasiyasını planlaşdırır.
Bu məqsədlə sentyabr ayında nazirlik nümayəndələri Qətərdə Talibanla görüş keçirib, yaxın zamanda isə rəsmi nümayəndə heyətinin birbaşa Kabilə göndərilməsi gözlənilir.
Danışıqlarda vasitəçi rolunu Qətər oynayır.
"Berlin hesab edir ki, deportasiyaya ehtiyac böyükdür: hazırda Almaniyada əfqan mənşəli təxminən 461 min nəfər yaşayır, onlardan 11,5 min nəfər deportasiya olunmalı şəxslər siyahısındadır.
2015–2024-cü illər arasında əfqanıstanlı şübhəlilərin iştirakı ilə 108 minə yaxın ağır cinayət hadisəsi qeydə alınıb. Bununla belə, Talibanın 2021-ci ildə hakimiyyətə gəlməsindən sonra yalnız iki deportasiya reysi həyata keçirilib – 2024 və 2025-ci illərdə.
Hökumət indi bu prosesi daimi mexanizmə çevirmək niyyətindədir", - nəşr bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 14 Sentyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















