Almaniya millisi favoritdən daha çox iddiaçıdır Naqelsmann
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann DÇ-2026 ilə bağlı danışıb.
QOL.az FİFA-nın saytına istinadən xəbər verir ki, o, komandasını turnirin əsas favoriti hesab etmədiyini bildirib:
“Ümumilikdə Almaniya millisi hər zaman intensiv və fiziki oyun üslubu ilə seçilib. Ola bilsin ki, son illərdə bunu bir qədər itirmişik. Müasir futbolun təsirini qəbul etməli və soyuqqanlı davranmalıyıq.
Mən komandamızı favoritdən çox iddiaçı kimi görürəm. Bu isə bizim üçün müsbət məqam ola bilər. Həyatın digər sahələrində olduğu kimi, burada da hər şey inamdan keçir. Futbolçularına və onların yaxşı nəticə göstərəcəyinə inanmalısan”.
Qeyd edək ki, Almaniya millisi DÇ-2026-nın E qrupunda Kot-d'İvuar, Ekvador və Kyurasao ilə qarşılaşacaq.
Xatırladaq ki, Almaniya millisi dörtqat dünya, üçqat Avropa çempionudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 20 May 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















