Almaniya millisinin heyətində dünya çempionu olmuş futbolçu vəfat edib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 5 avqust, AZƏRTAC
Almaniya millisinin sabiq futbolçusu Frank Mill vəfat edib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bu ilin may ayında infarkt keçirən 67 yaşlı veteran futbolçunun vəziyyəti qəflətən pisləşib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
F.Mill karyerası ərzində “Rot-Vays Essen”, “Borussiya” (Mönhenqladbax), “Borussiya” (Dortmund) və “Fortuna” klublarında çıxış edib. O, Bundesliqada 123, 2-ci Bundesliqada isə 87 qol vurub. Dortmund "Borussiya"sı ilə 1989-cu ildə Almaniya Kubokunu qazanıb.
Frank Mill Almaniya milli komandasının heyətində 1990-cı ildə İtaliyada keçirilmiş dünya çempionatının qalibi olub. Yığmanın heyətində 17 oyun keçirən veteran futbolçu çempion olduqları mundialda meydana çıxmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 05 Avqust 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















