“Almaniya müharibədən sonra ilk dəfə Avropada ən böyük ordu yaradacaq” Orban
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Martın 6-da Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) sammitində qəbul edilən yenidən silahlanma planı Almaniyanın İkinci Dünya müharibəsindən sonra qitədə ən böyük ordu yaratmasına gətirib çıxaracaq.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Milli Ticarət və Sənaye Palatasında iqtisadi məsələlərlə bağlı çıxışı zamanı deyib.
O vurğulayıb ki, icmanın bütün 27 üzvünün təsdiq etdiyi plan 800 milyard avroluq paketin formalaşdırılmasını nəzərdə tutur: "Bu, Aİ ölkələrinin müdafiəsinin gücləndirilməsi, silahlı qüvvələrinin təkmilləşdirilməsi və hərbi sənayesinin inkişafına yönəlib. Buna görə Almaniya ordusu Avropanın ən böyük ordusu olacaq".
"Biz İkinci Dünya müharibəsindən belə bir şey görməmişik. Əsas məsələ Rusiya və ABŞ-nin buna necə reaksiya verəcəyidir", - hökumət başçısı hesab edir.
Onun sözlərinə görə, plan əsasən dövlət kreditləri hesabına həyata keçirilməlidir. Beləliklə, milli büdcələrin kəsirinin müəyyən edilmiş səviyyədən yuxarı çıxmasın səbəb ola bilər. Bu da Aİ-nin formalaşması ilə bağlı Maastrixt müqavilələrinin pozulması deməkdir.
"Bütün Aİ borc içində qala bilər. Macarıstanın əsas qanunu buna icazə vermir. Ona görə də burada hələ də müzakirələr olacaq", - Orban xəbərdarlıq edib.
Qeyd edək ki, planın maliyyə hissəsi yenidən baxılmaq üçün geri göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 08 Mart 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















