Icma.az
close
up
RU
Almaniya patriarxı Konrad Adenauer

Almaniya patriarxı Konrad Adenauer

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

                                                                                                              “Təcrübə müdrikliyin toxumudur”

                                                                                                                                                                 Adenauer

5 yanvar Qərbi Almaniyanın siyasi təqvimində xüsusi bir gündür. 150 il əvvəl,1876-cı ildə,”Alman siyasətinin patriarxı" kimi tanınan Konrad Adenauer dünyaya gəlib. Yaşlı nəsil onun SSRİ-yə qarşı necə qəddar olduğunu xatırlayır. Sovet mətbuatında onun haqqında alçaldıcı karikaturalar çox dərc olunurdu.

Adenauer, Üçüncü Reyxin xarabalıqlarından yaradılmış Almaniya Respublikasının ilk kansleri olub. O, təxminən 10 il 6 ay hökumətə rəhbərlik edib.Yubiley münasibətilə onun portreti olan iki avroluq sikkələr də dövriyyəyə buraxılmışdı. Bu, təsadüfi deyildi. Adenauer həqiqətən alman xalqının əfsanəsidir. Hazırda Almaniyada üç yüzdən çox küçə onun adını daşıyır.

Tarixi mənbələrə görə Adenauer, zamanın nadir şəxsiyyətlərindən sayılır. O, Almaniyanın süqutunun üç dəfə şahidi olub:Bismark imperiyasının 1918-ci ildə süqutu, ikinci dəfə,Veymar Respublikası Milli Sosialistlərin amansız hücumuna davam gətirməyib dağılanda,üçüncü dəfə,"sıfır saat"da-1945-ci ildə nasizmin məğlubiyyətindən sonra baş verdi.

Bu adam,73 yaşında Almaniyanın kansleri olub.Ona qoca kahcler də deyilərdi. Şəxsi həkimi Konradın səhhətinə yaxşı bələd olduğundan belə qənaətə gəlmişdi ki,o,bu cür çətin durumda,iki il davam gətirə bilməyəcək.Lakin Konrad, müttəfiqlərinin gözü qarşısında iradə nümayiş etdirir,dözür və ustalıqla ümumi marağa cavab verən işi görə bilir. Hitlerizmdən sonra Almaniyanı bərpa etməyə başlayır,ölkədə təsəvvürünə xas demokratiyanın təməlini qoyur və ən əsası iqtisadi sabitlik üçün şərait yaradır. Bu gün,qərbi Almaniya onun mirası sayılır.

Konrad  uşaq ikən həmyaşıdları arasında fərqlənməzdi.5 yanvar 1876-cı ildə Kölndə, kiçik bir dövlət qulluqçunun- katolik ailəsində böyümüşdü. Adenauerlər social cəhətdən kasıb olublar, Konradın layiqli təhsil və uğurlu karyera perspektivləri çox az idi. Orta məktəbi bitirdikdən sonra Köln bankında işləməyə başlayıb. Xoşbəxtlikdən, valideynləri tezliklə onun universitetə ​​qəbul olması üçün dövlət təqaüdü ala bilir və Konrad hüquq təhsili almağa başlayır.

Maddi dəstəyin əlçatmaz olduğunu anlayan Konrad səylə çalışır,tennis kortlarında yarımştat işə qəbul edilir. Ünsiyyətcil və işgüzarlığı onun faydalı əlaqələr qura bilməyinə imkan yaradır. Konni (ailəsi tərəfindən belə çağrılırdı) tennis klubuna qoşulmaqla ,Kölnün elit dairələrində ona xoşbəxtlik qapıları açılır…

Beləliklə,heç bir himayədarlıq olmadan Konni tezliklə şəhər merinin köməkçisi kimi perspektivli bir vəzifəyə irəli çəkilir.Yeri gəlmişkən,bu vəzifədə olmaq o zaman seçki yolu ilə mümkün idi.Ona görə də,o, tez bir zamanda Katolik Mərkəz Partiyasının üzvü olmalı və ilk siyasi kampaniyasını təşkil etməliydi.Bütün bunlar Konni üçün bəxtəvərliyə çevrildi.O,1917-ci ildə Köln şəhərinin meri oldu və bu vəzifədə 15 il qala bildi.Böyüdüyü Reynland şəhərini inkişaf edən sənaye mərkəzinə çevirdi…

1933-cü ildə nasistlər Adenaueri korrupsiya bəhanəsi altında hakimiyyətdən uzaqlaşdırdılar. Lakin əsas səbəb onun NSDAP ilə əməkdaşlıqdan imtinası idi. O, həbs düşərgəsinə göndərilməsə də, iki dəfə həbs edilməyə və sonra siyasi təqiblərə məruz qaldı. Ailəsi ilə birlikdə Reynlandın Röndorf kəndinə köçdükdən sonra təcrid olunmuş vəziyyətdə yaşadı. Praqmatizm və siyasi zəka ona nasistlərin qisasından yayınmağa kömək etdi.Nasistlərin qatı əleyhdarı Konni,Müqavimətə qoşulmaq istəmirdi,özünü qoruyurdu.

1945-ci ildən sonra Konni ABŞ və Britaniya işğalçı qüvvələrinin diqqətini cəlb etdi. Onlar Reyxin süqutundan sonra hakimiyyət boşluğunu doldura biləcək yerli siyasətçilər haqqında fəal şəkildə dosyelər əldə edirdilər. Adenauer tez bir zamanda hərbi administrasiya ilə danışıqlara başlayır.Artıq onun kifayət qədər idarəetmə təcrübəsi var idi, nasizmə güzəştə getməmiş, kommunistlərlə heç bir əlaqəsi olmamışdı. Əvvəlcə o, Köln meri vəzifəsinə bərpa edildi.Bu postda təkrar çalışarkən Britaniya komendantı Con Barraklou ilə münasibətlərini pozduğuna görə vəzifəsini itirməli olur. Lakin,amerikalı məsləhətçilər Adenauerdə böyük təşkilatçılıq və idarəetmə potensialı görüb,onu vəzifədə irəli çəkməyə başladılar.

Maraqlıdır ki, 1940-cı illərin sonlarında, Almaniya Federativ Respublikası qurularkən, bir çox almanlar SDP-nin lideri, "xalq tribunu" və Müqavimətin simvollarından biri olan Kurt Şumaxerin kansler olacağına əmin idilər.Amma amerikalılar bu kobud və qeyri xarizmatik Sosial Demokratın ideoloji cəhətdən SSRİ-yə meyl edəcəyindən ehtiyatlandılar. ABŞ isə Adenaueri Marşal Planı çərçivəsində tezliklə ölkəyə axacaq böyük Amerika investisiyalarının strateji və siyasi qarantı kimi görürdü. Həm də, o, yeni Almaniyanın memarı kimi qərbyönlü kursun tərəfdarı idi.

 Almaniyada ən təsirli sui-qəsd nəzəriyyələrindən biri Konrad Adenauerin adı ilə bağlıdır. İddialara görə, o, 1949-cu ildə amerikalıların təzyiqi altında gizli "Kansler Qanunu"nu imzalayır.Sənəddə Vaşinqtondan Qərbi Almaniya hökumətinin başçısı vəzifəsinə namizədləri, eləcə də əsas siyasi qərarları 2099-cu ilə qədər (!) əlaqələndirməsi tələb olunurdu. Bunun etibarlı təsdiqi olmasa da, aydındır ki,1955-ci il mayın 5-də,Qərbi Almaniyanın (AFR) rəsmi süverenliyi ABŞ,Böyük Britaniya və Fransa ilə imzalanan Paris sazişinin qüvvəyə minməsilə əldə edilmişdir.Qərbi Almaniya rəsmi süverenlik qazandıqdan sonra, həmin ilin may ayının 9-da Şimali Atlantika Alyansının(NATO) tamhüquqlu üzvü olmuşdur.Bu proses birbaşa ölkənin hərbi müdafiəsinin təmin edilməsi və Qərbə inteqrasiyası məqsədilə həyata keçirilmişdir.Adenauerin ölkənin strateji istiqaməti ilə bağlı fikirləri ABŞ-ın mövqeyi ilə üst-üstə düşürdü. O, yalnız transatlantik və Avropa tərəfdaşlığına yönəlmiş yeni bir Almaniya təsəvvür edirdi. Müxaliflər hətta onu "Alyans ölkələrinin kansleri"də adlandırırdılar.

Tənqidçilər tez-tez Adenaueri  komandasında  keçmişi nasistlərlə bağlı insanların irəli çəkilməsinə görə qınağa çəkir,günahlandırırdı. Lakin onun : "Təmiz su olmadığı müddətdə, çirkli suyu atmaq olmaz,"-deyimi vəziyyəti bir az yumşaltdı.Belə yanaşma NATO-da təmsil olunan karyeralı hərbçilərə və əvvəllər Vermaxtda xidmət edən bəzi şəxslərə şamil olunurdu.

Bunun bir izahı da, müharibənin bitməsindən bir az əvvəl Müttəfiqlərin Almaniyanın sənaye və hərbi potensialının tamamilə məhv edilməsi qənaətində olması ilə bağlı idi. Lakin ,Qərblə SSRİ arasında  yaranan qarşıdurma,ABŞ-nın Qərbi Almaniya iqtisadiyyatının yenidən qurulmasına və Almaniyanın Avropada əsas antisovet rəqibinə çevrilməsinə şərait yaratdı.

Adenauer tamamilə əmin idi ki, yalnız Qərbə və ABŞ-a doğru ideoloji istiqamət götürməklə ölkəsini keçmişin xəyalətlərindən xilas edə bilər.O, SSRİ-ni Avropa üçün real təhlükə mənbəyi sayırdı…

Buna baxmayaraq, 1955-ci ildə Nikita Xruşşovun hakimiyyətdə olduğu dövrdə Adenauer gözlənilmədən Moskvaya səfər edir. Məqsəd,SSRİ ilə diplomatik münasibətləri bərpa etmək, vətəndən kənarda qalan alman hərbi əsirlərini geri qaytarmaq və rəhbərlik etdiyi və memarı olduğu yeni respublikanı Sovetlin gözündə legitimləşdirmək idi. Yeri gəlmişkən, Qərbi Almaniyada  onun Kremlə səfərini ölkə üçün"mənəvi təhqir" hesab edirdilər.Amma,o,sovet xalqına tarixi kəffarə vermək niyyətində olmayıb.Tarixi mənbələrə görı Adenauer Almaniyanın birləşdirilməsini(Sovetin ADR-dən imtinası)də gündəmə gətirmək istəyib.Lakin,Xruşşovun cavabı sərt və aşağılayıcı formada olub:”Biz heç vaxt Adenaueri Almaniyanın nümayəndəsi kimi qəbul edə bilmərik.Şalvarını çıxardıb ombasına baxsanız,Almaniyanın bölündüyünü görəcəksiniz.Əgər ona öndən baxsan əmin olacaqsan ki,Almaniya heç vaxt ayağa qalxmayacaq.”

Bütün bunlara baxmayaraq siyasi meydanda gərginlik nisbətən azaldı və mülayim münasibətlərdən sonra Bonn və Moskva arasında ticarət üzrə əməkdaşlığa başlanıldı. Məsələn, SSRİ genişmiqyaslı neft və qaz sahəsində istifadəyə ehtiyac duyulan böyük diametrli borularla təchiz edildi.Lakin,tezliklə ilk sanksiyalar Sovet İttifaqına təsir etdi.Berlin divarının tikintisinə cavab olaraq,Vaşinqtonun təzyiqi altında Adenauer SSRİ-yə bory təchizatını dondurdu. Buna cavab olaraq, Çelyabinsk zavodu  bir il ötməmiş lazımi boruların istehsalını sıfırdan başladı və qısa zaman ərzində Almaniyadan asılılığa son qoyuldu.Konveyer xəttindən çıxan ilk borularda "Adenauer,sənin üçün boru!"(rus dilində daha yaxşı səslənir:Əto tebe,Adenauer) yazıları tarixi bir şüara çevrildi.

Yeni Almaniya Federativ Respublikasına Adenauer Almaniyasından çox şey miras qalmışdı: partiya sistemi, sosial bazar iqtisadiyyatı və mütləq liberal-qlobalist transatlantikizm.Çox təəssüf hissi ilə qeyd etmək olar ki,hazırda  bütün bu elementlər dərin struktur böhranı yaşayır. Müasir Almaniya getdikcə siyasi cəhətdən ikinci dərəcəli statusa,“aqressiv ədalət”ə doğru yan alır. Bu, həm də Müasir Almaniyaya Adenauer mastodonundan(Adenauer nüfuzu və səviyyəsi) çox uzaq olan liderlərin rəhbərlik etməsi ilə bağlıdır. Yaxud,bəlkə də,bu, məhz "köhnə,qoca və idarəçilik memarı sayılan kansler"in siyasətinin nəticəsidir…

Onun maraqlı deyimləri də var:”Uşaqlara və jurnalistlərə qarşı diqqətli olmaq lazımdır.Onlar daş atmağı sevirlər.”

”Biz qorxulu düşmən, sonra işğal obyekti idik, sabah başqalarının ortağı olacağıq.”

“Faşizm dövründə daha çox imkanım olsaydı, Hitleri özüm boğardım.”…

Şəmsəddin Əliyev

Hüquqşünas, publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 İyun 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri