Icma.az
close
up
RU
Almaniya şirkətləri əməkdaşlığa dəvət edilib

Almaniya şirkətləri əməkdaşlığa dəvət edilib

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniya enerji şirkətləri Azərbaycanın bərpa olunan enerji layihələrində əməkdaşlığa dəvət edilib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Almaniya Sənaye Federasiyasının təşkilatçılığı və Almaniyanın vitse-kansler, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin iştirakı ilə keçirilən tədbirdə çıxışı zamanı bildirilib.Nazir qeyd edib ki, COP29 Sədrliyi ədalətli iqlim nəticələri əldə etmək məqsədilə yeni iqlim maliyyəsi, Milli Müəyyən Edilmiş Töhfələr (NDC-lər), Milli Uyğunlaşma Planları (NAP) və İkiillik Şəffaflıq Hesabatları kimi mühüm məsələlərdə konstruktiv fəaliyyət və təşəbbüslər göstərir.Nazir Bakıda əldə ediləcək yekun razılaşmanın post-Paris dövrünü başlatmaq üçün tarixi fürsət olduğunu vurğulayıb və Azərbaycanın “yaşıl enerji” təşəbbüslərini qlobal enerji keçidinə töhfə vermək baxımından əhəmiyyətli addım kimi qiymətləndirib.Nazir qeyd edib ki, məqsəd bərpa olunan enerjinin payını enerji balansında 2030-cu ilə qədər 35,5 %-ə, 2035-ci ilə qədər isə minimum 40 %-ə çatdırmaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırda Avropanı və Asiyanı birləşdirən “yaşıl enerji dəhliz”ləri layihələri həyata keçirilir. Xəzər dənizinin 157 QVt külək enerjisi və Mərkəzi Asiyanın “yaşıl enerji” potensialına əsaslanan “Xəzər-Qara dəniz-Avropa,” “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizləri Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Rumıniya və Macarıstanın enerji şəbəkələrini birləşdirəcək. “Bu layihələr Almaniya və Avropa şirkətləri üçün unikal əməkdaşlıq imkanları təklif edir. Alman şirkətləri enerji sektorunda liderdir və xüsusilə külək enerjisi sahəsində bizim üçün vacib tərəfdaş ola bilərlər. Əlavə olaraq, yaşıl hidrogenin istehsalı və onun Almaniya və digər Avropa ölkələrinə ixracı sahəsində əməkdaşlıq imkanları mövcuddur. Biz Almaniya şirkətlərini bütün bu imkanları dəyərləndirməyə dəvət edirik. Bu tərəfdaşlıqlar Avropanın enerji təhlükəsizliyini gücləndirmək və yeni bazarlar açmaq baxımından da faydalı olacaqdır”.Qeyd edək ki, tədbirdən əvvəl P. Şahbazov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin iştirakı ilə görüş də keçirilib. Görüşdə təbii qaz tədarükü, bərpa olunan enerji sahəsində əməkdaşlıq və alman şirkətlərinin iştirakına dair müzakirələr aparılıb. Xəzər dənizində külək enerjisinin böyük potensialından istifadə, “yaşıl hidrogen” istehsalı və onun Avropa bazarlarına ixracı, həmçinin “yaşıl enerji” dəhlizləri infrastrukturlarının inkişafı istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri