Icma.az
close
up
RU
Almaniya enerji şirkətləri bərpa olunan enerji layihələrində əməkdaşlığa dəvət edilib

Almaniya enerji şirkətləri bərpa olunan enerji layihələrində əməkdaşlığa dəvət edilib

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Almaniya Sənaye Federasiyasının təşkilatçılığı və Almaniyanın vitse-kansler, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin iştirakı ilə keçirilən tədbirdə çıxış edib.

"APA-Economics"in məlumatına görə, çıxış zamanı nazir bildirib ki, COP29 Sədrliyi ədalətli iqlim nəticələri əldə etmək məqsədilə yeni iqlim maliyyəsi, Milli Müəyyən Edilmiş Töhfələr (NDC-lər), Milli Uyğunlaşma Planları (NAP) və İkiillik Şəffaflıq Hesabatları kimi mühüm məsələlərdə konstruktiv fəaliyyət və təşəbbüslər göstərir. Nazir Bakıda əldə ediləcək yekun razılaşmanın post-Paris dövrünü başlatmaq üçün tarixi fürsət olduğunu vurğulayıb və Azərbaycanın “yaşıl enerji” təşəbbüslərini qlobal enerji keçidinə töhfə vermək baxımından əhəmiyyətli addım kimi qiymətləndirib.

Nazir qeyd edib ki, məqsədimiz bərpa olunan enerjinin payını enerji balansında 2030-cu ilə qədər 35,5%-ə, 2035-ci ilə qədər isə minimum 40%-ə çatdırmaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə hazırda Avropanı və Asiyanı birləşdirən “yaşıl enerji dəhliz”ləri layihələri həyata keçirilir. Xəzər dənizinin 157 QVt külək enerjisi və Mərkəzi Asiyanın “yaşıl enerji” potensialına əsaslanan “Xəzər-Qara dəniz-Avropa,” “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizləri Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Rumıniya və Macarıstanın enerji şəbəkələrini birləşdirəcək. “Bu layihələr Almaniya və Avropa şirkətləri üçün unikal əməkdaşlıq imkanları təklif edir. Alman şirkətləri enerji sektorunda liderdir və xüsusilə külək enerjisi sahəsində bizim üçün vacib tərəfdaş ola bilərlər. Əlavə olaraq, yaşıl hidrogenin istehsalı və onun Almaniya və digər Avropa ölkələrinə ixracı sahəsində əməkdaşlıq imkanları mövcuddur. Biz Almaniya şirkətlərini bütün bu imkanları dəyərləndirməyə dəvət edirik. Bu tərəfdaşlıqlar Avropanın enerji təhlükəsizliyini gücləndirmək və yeni bazarlar açmaq baxımından da faydalı olacaqdır”.

Qeyd edək ki, tədbirdən əvvəl energetika naziri Pərviz Şahbazov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin iştirakı ilə görüş də keçirilib. Görüşdə təbii qaz tədarükü, bərpa olunan enerji sahəsində əməkdaşlıq və alman şirkətlərinin iştirakına dair müzakirələr aparılıb. Xəzər dənizində külək enerjisinin böyük potensialından istifadə, “yaşıl hidrogen” istehsalı və onun Avropa bazarlarına ixracı, həmçinin “yaşıl enerji” dəhlizləri infrastrukturlarının inkişafı istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Noyabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri