Almaniya Ukraynaya 50 min zərbə PUA sının tədarükünü maliyyələşdirəcək
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Almaniya Ukraynaya 50 min zərbə tipli pilotsuz uçuş aparatının (PUA) tədarükünü maliyyələşdirəcək. Bu, Qərb ölkələri tərəfindən Kiyevə ayrılan ən böyük məlum PUA sifarişlərindən biri hesab olunur.
"Report" xəbər verir ki, bu barədə Reuters agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Məlumata görə, sifarişə Ukraynanın iri istehsalçılarından biri olan SkyFall şirkətinin istehsal etdiyi Shrike dronları daxildir. Bu pilotsuz aparatlara ABŞ-ın müdafiə texnologiyaları sahəsində ixtisaslaşmış Auterion şirkətinin proqram təminatı quraşdırılıb. Həmin proqram təminatı uçuşun son mərhələsində hərəkətdə olan hədəfləri avtonom şəkildə izləmək və məhv etmək üçün nəzərdə tutulub.
Auterion şirkətinin baş icraçı direktoru Lorens Mayer müqavilənin mövcudluğunu təsdiqləyib. Onun sözlərinə görə, müqavilənin dəyəri təxminən 90 milyon avro (103 milyon ABŞ dolları) təşkil edir və maliyyələşdirmə Avropa ölkələrindən biri tərəfindən həyata keçirilir.
Mayer Reuters agentliyinə bildirib ki, pilotsuz aparatların bir hissəsi artıq Ukrayna hökumətinə təhvil verilib, qalanlarının isə bu il ərzində çatdırılması planlaşdırılır.
Almaniyanın Müdafiə Nazirliyi isə əməliyyat təhlükəsizliyi ilə bağlı mülahizələri əsas gətirərək məsələni şərh etməkdən imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 12 İyul 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















