Almaniya: Ukraynaya Patriot sistemlərinin verilməsi ilə bağlı qərar… KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Almaniya kansleri Olaf Şolts Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin təchizatı ilə bağlı yekun qərarın hələ qəbul olunmadığını bildirib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, bu məsələ ətrafında intensiv danışıqlar aparılır.
“Yaxın saatlarda qərar veriləcəyini deməmişəm. Hazırda Almaniya və ABŞ müdafiə nazirlikləri bu sistemlərin Ukraynaya necə və nə qədər tez çatdırıla biləcəyini müzakirə edir. Çatdırılma və quraşdırma prosesi saatlarla deyil, günlərlə, bəlkə də həftələrlə ölçülür”, – deyə Şolts Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında qeyd edib.
O əlavə edib ki, ABŞ tərəfi bu məsələdə əməkdaşlığa hazırdır.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:Almaniya Ukraynaya “Patriot” verməyəcək
14 İyul 2025 10:05
Almaniya Ukraynaya köhnə Patriot raketlərini verməyə hazırlaşır KONKRET
27 May 2025 04:57
Almaniya Ukraynaya Patriot qurğularını göndərdi
09 Sentyabr 2025 22:44
Almaniya Ukraynaya Patriot sistemləri göndərəcək
01 Avqust 2025 12:23
KİV: Almaniya Patriot sistemlərinin dörddə birini Ukraynaya təhvil verib
06 İyul 2025 02:50
Baxış sayı:101
Bu xəbər 17 İyul 2025 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















