Almaniya və Britaniya ABŞ nin Hörmüz planına qoşulmadı
Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniya və Böyük Britaniya ABŞ-nin Hörmüz boğazının açılması ilə bağlı planlaşdırdığı əməliyyatda iştirak etməkdən imtina edib.
Sitat.info xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat dərc edib.
Məlumata əsasən, Almaniya Avropa Birliyinin boğazda dəniz missiyasının genişləndirilməsi təklifinə də ehtiyatla yanaşdığını bildirib.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful kommersiya yüklərinin Qırmızı dənizdən təhlükəsiz keçidinə kömək etmək məqsədilə həyata keçirilən missiyanın “effektiv olmadığını” qeyd edib.
Məlumata görə, Britaniya bölgəyə hərbi qüvvə göndərmək imkanını nəzərdən keçirir. Bildirilir ki, freqatlar və sualtı qayıqların bir hissəsi artıq Şərqi Aralıq dənizi istiqamətində hərəkət edir, digərlərinin isə Hind okeanına doğru yola düşəcəyi gözlənilir.
Britaniyanın energetika naziri Ed Miliband isə bazar günü bildirib ki, Hörmüz boğazının yenidən açılması qlobal enerji təchizatı baxımından çox vacibdir.
Tehran,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 16 Mart 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















