Icma.az
close
up
RU
Almaniya və Niderland orduları üçün 222 “Şakal” zirehli texnikası sifariş verilib

Almaniya və Niderland orduları üçün 222 “Şakal” zirehli texnikası sifariş verilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Berlin, 20 oktyabr, AZƏRTAC

Avropa Birgə Silahlanma Əməkdaşlığı Təşkilatı (OCCAR) Almaniyanın “Artec GmbH” şirkətinə Almaniya və Niderland orduları üçün ümumilikdə 222 ədəd “Şakal” təkərli zirehli döyüş maşınının istehsalı və tədarükünü həvalə edib.

AZƏRTAC “Rheinmetall” şirkətinə istinadla bildirir ki, layihənin ümumi dəyəri 3,41 milyard avro təşkil edir. Sifariş çərçivəsində 150 texnika Almaniya Silahlı Qüvvələrinə, 72-si isə Niderland ordusuna təhvil veriləcək. Daha 248 texnikanın alınması üçün əlavə bənd də müqaviləyə daxil edilib. Müqavilədə tank əleyhinə silahlardan qorunma, atəşin aşkarlanması və dronlara qarşı müdafiə sistemləri kimi əlavə avadanlıqlar da nəzərdə tutulub.

Yeni nəsil “Şakal” modeli Almaniyanın “Boxer” zirehli texnikasının şassisi və “Puma” döyüş maşınının qülləsini birləşdirir. Bu döyüş maşını Almaniyanın orta dərəcəli qüvvələri üçün əsas silah sistemi olacaq. Otuz millimetrlik “MK 30-2/ABM” topu ilə təchiz edilmiş bu hərbi texnika yüksək mobilik, müdafiə və atəş gücü ilə seçilir.

“Rheinmetall” və “KNDS” şirkətlərinin birgə müəssisəsi olan “Artec GmbH” gələcəkdə “Boxer” şassisinə əsaslanan “RCH 155” uzaqdan idarəedilən haubitsanın da əsas podratçısı olacaq.

Qeyd edək ki, 1996-cı ildə yaradılan OCCAR-ın məqsədi Avropa ölkələrinin birgə silahlanma layihələrini idarə etmək, hərbi texnika istehsalında ortaq standartlar, tenderlər və resurs bölgüsünü təmin etməkdir. Qərargahı Bonn şəhərində olan OCCAR-a Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Belçika və İspaniya üzvdür. Bundan başqa, Avropanın bir sıra ölkələri bəzi layihələrdə müşahidəçi və ya tərəfdaş kimi iştirak edir. 

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri