Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Berlin, 12 oktyarbr, AZƏRTAC
Almaniyanın Ştutqart şəhərindəki Azərbaycan Evində tanınmış italyan bəstəkarı və rəssamı Françesko Macionun “NAR - Pomegranate & Shebeke” adlı fərdi sərgisi başa çatıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 16-dan oktyabrın 9-dək davam edən layihə Azərbaycanın tarixi-mədəni irsini müasir incəsənət vasitəsilə beynəlxalq auditoriyaya təqdim etmək məqsədi daşıyıb.
Sərgi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Ştutqartdakı Azərbaycan Evinin rəhbəri Günay Mirzəyevanın və Ştutqart şəhər administrasiyasının əməkdaşlığı ilə təşkil olunub. Layihənin kuratorluğunu Von Mai Foundation həyata keçirib.
Sərginin əsas mövzusunu Azərbaycanın rəmzlərindən olan nar və şəbəkə sənəti təşkil edib. Rəssam rəqəmsal incəsənəti, generativ prosesləri və ənənəvi rəngkarlıq elementlərini bir araya gətirərək milli irsin müasir bədii və fəlsəfi yanaşmalarla təqdimatına çalışıb. Nar metamorfoz və yenilənmə ideyaları, şəbəkə isə həndəsə, işıq və rəng arasındakı münasibətlərin bədii ifadəsi kimi təqdim olunub.
Layihənin davamı olaraq sərginin bədii-fəlsəfi kataloqu hazırlanır. Nəşrin məqsədi sərginin bədii və intellektual irsini sənədləşdirmək, gələcək tədqiqatlar üçün mənbə yaratmaqdır.
Təşkilatçılar növbəti mərhələdə Qarabağın tarixi və mədəni irsini müasir incəsənət vasitəsilə Avropa auditoriyasına təqdim etməyi nəzərdə tutan “Qarabağ – Azərbaycandır!” adlı sərgi layihəsini həyata keçirməyi planlaşdırırlar.
“NAR” sərgisi Azərbaycan, Almaniya və İtaliya arasında mədəni əlaqələrin inkişafına və mədəniyyətlərarası dialoqun genişlənməsinə töhfə vermək məqsədi daşıyıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 12 Oktyabr 2026 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















