Almaniyada Qərbi Azərbaycan sənətkarlığı layihəsi başa çatıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 23 sentyabr, AZƏRTAC
Almaniyanın Nürnberq şəhərində yerləşən Türk tarixi və mədəniyyətləri muzeyində "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin həyata keçirdiyi "Qərbi Azərbaycan sənətkarlığı" layihəsi başa çatıb.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın zəngin mədəni irsinin avropalılara tanıdılması məqsədilə 5 gün ərzində bu şəhərdə yerləşən Obyektiv Kültür Mərkəzində, Türk Tiyatrosunda, Mədinə dərnəyində müxtəlif tədbirlər keçirilib.
Tədbirlər zamanı Azərbaycanın tanınmış tətbiqi sənət ustaları Lalə, Toğrul, İsgəndər Sərdarlıların əsərləri yerli sənətsevərlərə nümayiş etdirilib. Burada əsasən onların hazırladığı mücrülər, digər dekorativ tətbiqi sənət nümunələri tanıdılıb.
Tədbirlər çərçivəsində " Türk Tiyatrosu"nun təşkilatçılığı ilə Azərbaycan Türk musiqi gecəsi də keçirilib. "Qərbi Azərbaycan sənətkarlığı" layihəsinin Almaniya mərhələsinə həsr edilmiş tədbirlərə sonuncu İrəvan xanının varisi Əmir Əli Sərdari İrəvani də qatılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 23 Sentyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















