Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib.
"Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Biz ümid edirik ki, o, yaxın gələcəkdə Almaniyaya səfər edəcək. Hələlik konkret tarix yoxdur, lakin biz onu elə bu il rəsmi səfərlə qəbul etməyi gözləyirik", - o bildirib.
O, həmçinin vurğulayıb ki, cari ildə iki ölkə arasında illik siyasi məsləhətləşmələr artıq baş tutub. Səfirin sözlərinə görə, 2027-ci ildə siyasi məsləhətləşmələrlə yanaşı, Azərbaycan və Almaniyanın ticarət və investisiyalar üzrə yüksək səviyyəli işçi qrupu öz işini davam etdirəcək.
Baxış sayı:146
Bu xəbər 15 İyun 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















