Almaniyada ehtiyat qüvvələr gücləndirilir
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyada ehtiyat qüvvələrin gücləndirilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır.
"Ölkə.az" xəbər verir ki, layihəyə əsasən, orduda bir ildən az xidmət keçmiş və 45 yaşına çatmış kişi və qadınlar mütəmadi hərbi təlimlərə cəlb olunacaqlar.
Məlumata görə, təlimlərin hər il iki həftə və ya iki ildən bir keçirilməsi planlaşdırılır.
Sənəddə həmçinin qeyd olunur ki, bir ildən çox xidmət etmiş və ya peşəkar hərbçi kimi fəaliyyət göstərmiş şəxslər 65 yaşınadək ehtiyat xidmətdə qalacaqlar.
Almaniya hakimiyyəti bu addımı ehtiyat qüvvələrin əlçatanlığının təmin edilməsi və milli təhlükəsizliyin gücləndirilməsi ilə izah edir.
Bundestaqın müdafiə komitəsinin üzvü Bastian Ernst isə daha əvvəl ehtiyatda olan hərbçilər üçün yaş həddinin 70-ə qədər artırılmasını təklif etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 29 May 2026 02:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















