Icma.az
close
up
RU
Almaniyada federal seçkilərdə Kansler vəzifəsinə namizədlər teledebatda iştirak ediblər

Almaniyada federal seçkilərdə Kansler vəzifəsinə namizədlər teledebatda iştirak ediblər

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Almaniyada keçiriləcək növbədənkənar parlament seçkilərinə bir həftə qalmış Kansler vəzifəsinə namizədlər – Sosial Demokrat Partiyasının (SPD) namizədi, hazırkı Kansler Olaf Şolts, Xristian Birlik (CDU/CSU) partiyalarının namizədi Fridrix Merts, Yaşıllar partiyasının namizədi, hazırkı vitse-kansler Robert Habek və ifrat sağçı Almaniya üçün Alternativ partiyasının (AfD) namizədi Alis Vaydel arasında teledebat təşkil olunub. SİA əbər verir ki, teledebatda əsasən miqrasiya siyasəti, təhlükəsizlik, xarici siyasət, iqtisadiyyat və digər mövzular diqqət mərkəzində saxlanılıb.

Teledebatda Olaf Şolts iqtisadi və sosial mövzuları xüsusilə diqqət mərkəzində saxlayaraq, minimum əməkhaqqı, ədalətli vergi sistemi və sabit pensiya səviyyəsi məsələlərinə yer verib. Alis Vaydel daha çox miqrasiya və vergi siyasətinə toxunaraq, deportasiya, sərhədlərin təhlükəsizliyi, kömür və nüvə enerjisinin genişləndirilməsi ilə enerji qiymətlərinin aşağı salınması məsələlərini diqqət mərkəzində saxlayıb. Nisbətən balanslı yanaşma nümayiş etdirən Robert Habek əsasən əməkdaşlıq kontekstindən çıxış edərək, gənc nəsil üçün də bərabər fürsətlərin təmin olunmasının önəmini diqqətə çatdırıb. Fridrix Merts isə iqtisadiyyat və miqrasiya mövzularına geniş yer verərək, iqtisadi durğunluğun aradan qaldırılmasının zəruriliyini ön plana çıxarıb.

Miqrasiya siyasəti və təhlükəsizlik mövzusunda müzakirələr zamanı Fridrix Merts daha çox qanunsuz miqrantın ölkədən geri göndərilməsinin vacibliyini qeyd edib. CDU-nun ifrat sağçı AfD ilə hər hansı əməkdaşlığını inkar edən Fridrix Merts partiyasının parlamentdə bəzi səsvermələrdə AfD ilə birlikdə hərəkət etməsinə dair tənqidlərə cavab olaraq, belə bir əməkdaşlığın qəbuledilməz olduğunu bildirib. O, ABŞ-ın vitse-prezidenti Ceyms Deyvid Vensin Münxen Təhlükəsizlik Konfransındakı çıxışını sərt tənqid edərək, bunun Almaniya siyasətinə müdaxilə olduğunu vurğulayıb. Olaf Şolts da AfD ilə hər hansı əməkdaşlığın yolverilməz olduğunu diqqətə çatdıraraq, ABŞ-ın vitse-prezidenti Ceyms Deyvid Vensin ifrat sağçı partiyaların təcrid edilməməsi barədə açıqlamasını qəbuledilməz adlandırıb.

Alis Vaydel miqrasiya siyasətinin sərtləşdirilməsinin vacibliyini vurğulayaraq, sərhədlərin fasiləsiz nəzarət altında saxlanılmasını təklif edib, lakin bu prosesin necə həyata keçiriləcəyini açıqlamayıb. Robert Habek isə miqrasiya məsələsində daha balanslı yanaşma nümayiş etdirərək, inteqrasiyanın vacibliyini vurğulayıb və Avropa ölkələrinin birgə hərəkət etməsinin əhəmiyyətini diqqətə çatdırıb.

İqtisadiyyat və enerji siyasəti ilə bağlı müzakirələr zamanı namizədlər arasında fikir ayrılıqları müşahidə olunub. Fridrix Merts bürokratiyanın azaldılmasını və iqtisadiyyatın canlandırılmasının zəruriliyini qeyd edib. Olaf Şolts isə sosial siyasətə diqqət çəkərək, minimum əməkhaqqının artırılması və ədalətli vergi sisteminin yaradılmasını müdafiə edib. Alis Vaydel enerji qiymətlərinin aşağı salınması üçün nüvə və kömür enerjisindən istifadənin artırılmasını irəli sürərək, digər xərclərlə yanaşı, iqlim xərclərinin də azaldılması ilə 140 milyard avroya qənaət oluna biləcəyini iddia edib. Robert Habek isə bərpaolunan enerji mənbələrinə investisiyaların artırılmasının vacibliyini vurğulayıb.

Ukrayna münaqişəsi və xarici siyasət məsələlərindən danışılarkən Fridrix Merts Prezident Vladimir Putinin “Böyük Rusiya” yaratmaq niyyətində olduğunu və NATO ərazisini hədəfə aldığını bildirib. Olaf Şolts Ukraynanın müdafiə qabiliyyətinin qorunmasının vacibliyini vurğulayıb və bu ölkənin iştirakı olmadan hər hansı qərarın qəbul edilməsinin doğru olmadığını diqqətə çatdırıb. Ukraynanın silahsızlandırılmasının qəbuledilməz olduğunu qeyd edən SPD-nin namizədi bildirib ki, bu ölkə özünü müdafiə edə biləcək qabiliyyətdə olmalıdır. Alis Vaydel Qərbin Rusiyanı təhrik etdiyini iddia edərək, Almaniyanın bu məsələdə neytral mövqe tutmalı olduğunu söyləyib.

Qeyd edək ki, teledebat namizədlərin mövqelərinin aydınlaşdırılması və seçicilərin qərar verməsinə kömək etmək baxımından böyük maraqla qarşılanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Fevral 2025 06:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri