Icma.az
close
up
RU
Almaniyada ildə 100, Azərbaycanda isə 11 nəfər bundan ölür

Almaniyada ildə 100, Azərbaycanda isə 11 nəfər bundan ölür

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər il noyabr ayının üçüncü bazar günü dünyada Yol qəzaları qurbanlarının Anım Günü kimi qeyd olunur. Bu tarix ilk dəfə 1993-cü ildə yol hərəkəti təhlükəsizliyi ilə bağlı təşkilatlar və qruplar tərəfindən qeyd olunmağa başlanıb. 2005-ci ildə isə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası bu günü rəsmi olaraq qəbul edib. Anım Günü yol-nəqliyyat hadisələrində həyatını itirənlərin xatirəsini yad etmək, ailələrinə dəstək olmaq və yol təhlükəsizliyi ilə bağlı maarifləndirməni artırmaq məqsədi daşıyır. Məhz bu səbəbdən günün 3 əsas sloqanı var: “Xatırla! Dəstək ol! Fəaliyyətə keç!”

Globalinfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünya üzrə 1,3 milyon insan yol qəzalarında həyatını itirir, milyonlarla insan isə ağır xəsarətlər alır.

Yol qəzalarının əsas səbəbləri arasında yüksək sürət, diqqətsizlik və yol hərəkəti qaydalarına əməl etməmək dayanır. Təkcə qurbanlar deyil, onların ailələri və dostları da  emosional və sosial çətinliklər yaşayırlar. Bundan əlavə, diqqət çəkilən məqamlardan biri qəzaların infrastruktura, səhiyyə sisteminə və ailələrə olan iqtisadi təsiridir.

BMT bu problemlərin aradan qaldırılması məqsədilə 2021–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf Planında yol qəzalarının 50 faiz azaldılmasını hədəfləyib. Bu, yalnız hökumətlərin deyil, eyni zamanda, fərdlərin üzərinə ciddi məsuliyyət qoyur. Azərbaycanda da dünya təcrübəsi tətbiq edilərək bu kimi neqativ halların qarşısını almaq üçün müxtəlif tədbirlər görülür.

Dünyada dəmir yollarında baş verən qəzalarda hər il 7-10 min insan dünyasını dəyişir. Avropada ölüm hallarının ən yüksək olduğu ölkələr Almaniya və Polşadır: ildə 100-120 ölüm.

Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yollarda isə 2024-cü ilin yanvar-oktyabr aylarında qatar qarşısına qəfil insan və ya avtomobil çıxması nəticəsində 15 toqquşma baş verib. Nəticədə 11 nəfər vəfat edib, 5 nəfər isə müxtəlif xəsarətlər alıb. Hadisələrin əksəriyyəti piyada və sürücülərin diqqətsizliyi səbəbindən baş verib.

ADY bu cür halların qarşısını almaq məqsədilə həm maarifləndirici, həm də infrastruktur sahəsində tədbirlər həyata keçirir. Xüsusilə dəmiryol yaxınlığında yerləşən məktəblərdə şagirdlər, müəllimlər və valideynlərə təlimlər keçirilir. Onlar dəmiryolda ehtiyatsızlıqlarına görə xəsarət almış insanların hekayələri ilə tanış edilir, relslərdən keçərkən ehtiyatlı olmağa, keçidlərdən istifadə etməyə və dəmir yolları ətrafında oyun oynamamağa çağırılır.

Həmçinin dəmir yolları ətrafında yaşayan sakinlərlə maarifləndirici söhbətlər edilir, uşaqları nəzarətsiz buraxmamaq tapşırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Noyabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see364

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see346

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see326

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see315

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see307

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see289

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see273

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see272

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see260

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see257

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see251

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see246

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see246

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see246

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see236

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see233

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see231

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see200

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri