Icma.az
close
up
RU
Almaniyada Kansler Fridrix Mertsə və koalisiya hökumətinə ictimai dəstək artmaqdadır

Almaniyada Kansler Fridrix Mertsə və koalisiya hökumətinə ictimai dəstək artmaqdadır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 24 may, AZƏRTAC

Almaniyada keçirilən son rəy sorğuları Federal Kansler Fridrix Mertsə və onun başçılıq etdiyi koalisiya hökumətinə ictimai dəstəyin artdığını göstərir.

AZƏRTAC xəbər verir ki, INSA Tədqiqat İnstitutunun “Bild” qəzetinin sifarişi ilə apardığı rəy sorğusuna əsasən, Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) hazırda 27 faiz seçici dəstəyinə malikdir. Bu, əvvəlki həftəyə nisbətən bir faiz artım deməkdir. SPD isə 16 faizlə sabit qalır. İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının reytinqi isə bir faiz geriləyərək 24 faizə düşüb.

ZDF televiziyasının yayımladığı Politbarometr sorğusunda AfD-nin dəstəyi 23 faiz olaraq əksini tapıb. Eyni sorğuda Yaşıllar Partiyası 12, Sol Partiya isə 10 faiz seçici rəğbəti qazanıb. Digər partiyalar beş faizlik baryeri keçə bilməyib.

INSA sorğusuna əsasən, respondentlərin 34 faizi federal hökumətin fəaliyyətini “yaxşı” qiymətləndirib ki, bu da ötən həftəyə nisbətən 8 faiz artım deməkdir. ZDF Politbarometrində isə hökumətin işi 51 faiz tərəfindən “yaxşı” və ya “əla” kimi dəyərləndirilib.

Kansler Fridrix Merts də fərdi reytinqlərdə irəliləyişə nail olub. Həm INSA, həm də ZDF sorğularında respondentlərin 47 faizi onun fəaliyyətindən razı qaldığını bildirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 May 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri