Icma.az
close
up
RU
CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36 cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36 cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Afrika Respublikasının nüfuzlu və böyük oxucu auditoriyasına malik mətbu orqanı olan “Mail and Guardians” qazetinin səhifələrində jurnalist M.Smifin müəllifliyi ilə 1990-cı il Qanlı Yanvar hadisələrinə həsr olunan “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın 1990-cı ilin yanvar ayında Sovet hərbi müdaxiləsi zamanı həlak olan mülki şəxslərin xatirəsinə "Qara Yanvar" kimi tanınan hadisələrin 36-cı ildönümünün keçirildiyi qeyd edilir.

Bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet qoşunları Bakı və Sumqayıt, eləcə də Azərbaycanın digər şəhərlərinə hərbi müdaxiləsi nəticəsində 147 mülki şəxsin həlak olduğu, 700-dən artıq nəfərin isə ağır yaralandığı vurğulanır.

“1990-cı il faciəsinə səbəb olan hadisələr 1980-ci illərin sonuna təsadüf edir. O zaman Azərbaycan da daxil olmaqla, bir sıra Sovet respublikalarında millətçi hərəkatlar geniş vüsət alırdı. Eyni zamanda, Qarabağ ətrafında mübahisələr kəskinləşmiş və bu da yerli əhalinin köçürülməsinə və millətlərarası zorakılığa səbəb olmuşdu. Bakıda və digər şəhərlərdə etirazlar artdıqca, Sovet hakimiyyəti fövqəladə vəziyyət elan etmiş və asayişi bərpa etmək üçün qoşun yeritmişdi. Hərbi müdaxilə mülki əhaliyə lazımi xəbərdarlıq edilmədən həyata keçirilmiş və həddindən artıq güc tətbiq olunmaqla nəticələnmişdi. O dövrdəki Sovet rəhbərliyi bu artan gərginliyin qarşısını almaq əvəzinə, Azərbaycana qoşun yeritmiş, yaranmış vəziyyəti sabitləşdirmək və iğtişaşların qarşısını almaq üçün hərbi təcavüzün zəruri olduğundan çıxış edirdi. Beləliklə, 1990-cı ilin yanvar hadisələri Sovet İttifaqının son illərində dərinləşən siyasi və etnik gərginlik fonunda baş verib.

"Qara Yanvar" hadisələri geniş şəkildə təkcə müstəqilliyin əldə edilməsində ictimai dəstəyi və milli hərəkatı boğmaq deyil, bu ideyanı gücləndirən bir dönüş nöqtəsi kimi də qəbul edilir. Belə ki, iki ildən az müddət keçdikdə, 1991-ci ildə Azərbaycan Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini elan etmişdi. 1990-cı ilin yanvar hadisələri Azərbaycanın suverenlik və dövlətçilik ideyalarına ictimai münasibətin formalaşmasında mühüm rol oynayıb”, - deyə məqalədə bildirilir.

20 Yanvar faciəsinin siyasi-hüquqi tanınması 29 mart 1994-cü ildə Milli Məclisin müvafiq qərarı ilə qəbul edildiyi bildirilən yazıda dinc yolla yeni demokratik və suveren dövlət tələb edən xalqın inamını və iradəsini qırmaq məqsədi ilə edildiyi qeyd olunur.

“Buna baxmayaraq, dinc sakinlərin qətli ilə nəticələnən “Qanlı Yanvar” faciəsinin illər ərzində beynəlxalq insan hüquqları çərçivəsində daha geniş beynəlxalq tanınmasına dair çağırışlar diqqət mərkəzində qalmaqdadır. 1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqın milli azadlıq uğrunda mübarizə əzmini daha da gücləndirib və ölkənin tarixinə parlaq bir səhifə yazaraq müstəqilliyə yol açıb. 20 Yanvardan 36 il keçməsinə baxmayaraq, 1990-cı il hadisələri Sovet İttifaqının süqutunun tarixində iz buraxaraq insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulması idi.

20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə artıq anım və düşüncə mərkəzinə çevrilmiş paytaxt Bakının ən yüksək nöqtəsindən birində yerləşən Şəhidlər xiyabanında azadlıq uğrunda mübarizədə həlak olanların xatirəsinə həsr olunmuş Abidə Kompleksi ucaldılıb. Hazırda Azərbaycan Cənubi Qafqazda əsas siyasi və iqtisadi oyunçu kimi çıxış edir və Azərbaycan dövləti ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını təmin etməklə dövlətçiliyin əsasını təşkil edən bu ali prinsiplərin təşviqi istiqamətində zəruri addımlar atır”, - deyə məqalədə vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2026 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri