Ekvadorda meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Ekvador hökuməti meşə yanğınları ilə əlaqədar bütün ölkədə fövqəladə vəziyyət elan edib.
“Report” xəbər verir ki, bu barədə Ekvadorun Risklərin İdarə Edilməsi Katibliyinin məlumatında deyilir.
“Fövqəladə Hallar Komitəsinin prezidenti İnes Mansano ölkədə meşə yanğınları, su qıtlığı və quraqlıq ilə əlaqədar 60 gün müddətində fövqəladə vəziyyətin tətbiq olunduğunu təsdiqləyib”, - qurumdan bildirilib.
Risklərin İdarə Edilməsi Katibliyindən vurğulanıb ki, ölkə üzrə 17 aktiv və 5 nəzarət edilən yanğı qeydə alınıb. Söhbət ilk növbədə Asuay və Loxa əyalətlərindən gedir. Yanğınları söndürmək üçün helikopterlərdən istifadə olunur.
Qeyd olunur ki, noyabrın 1-dən yanğın nəticəsində Asuay əyalətində 1,7 min hektardan çox, Loxada isə 8,5 min hektardan çox bitki örtüyü məhv olub.
Baxış sayı:111
Bu xəbər 19 Noyabr 2024 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















