Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edilib FOTO
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə iyulun 5-də Almaniyanın Münhen şəhərində təhsil alan tələbə Kənan Camal oğlu Səfərovun meyiti yaşadığı ünvanda tapılıb.
Bu gün Kənan Səfərovun meyiti Azərbaycana, doğulduğu Lənkəran rayonunun Digah kəndinə aparılıb.
Vida mərasimindən sonra o, Digah kənd qəbiristanlığında torpağa tapşırılıb.
Yaxınlarının dediyinə görə, ilkin versiya olaraq Kənanın ölümünə səbəb soyuq su içdikdən sonra damarlarında tromblaşmanın əmələ gəlməsi olub.
Qeyd edək ki, evin tək övladı və birinci kurs tələbəsi olan Kənan Səfərov 6 ay idi Almaniyada yaşayırdı. Buna qədər isə o, anası ilə Bakı şəhərində yaşayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 10 İyul 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















