Almaniyada qala bilərlər Şolts bu suriyalıları geri göndərmək istəmir
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniya kansleri Olaf Şolts Almaniyaya yaxşı inteqrasiya etmiş suriyalı qaçqınları evlərinə göndərmək istəmir.
Azpost.info xəbər verir ki, bu barədə kansler özü açıqlama verib.
O qeyd edib ki, yaxşı inteqrasiya olunmuş, alman dilini bilən və əmək müqaviləsi olan hər kəs Almaniyada özünü təhlükəsiz hiss edə bilər.
“Bu, suriyalılara da aiddir. Biz onlardan işlərini tərk etmələrini və getmələrini tələb etməyəcəyik”, – kansler bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Almaniyada 974 mindən çox suriyalı yaşayır. Federal Məşğulluq Agentliyi yayda 230 min suriyalının işlə təmin olunduğunu bildirib. Təxminən 6 min nəfər həkim işləyir ki, bu da Almaniyada tibb işçilərinin ümumi sayının 1,4 faizini təşkil edir.
Azpost.info
Baxış sayı:82
Bu xəbər 13 Dekabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















