Almaniyada quşçuluq təsərrüfatları quş qripinə qarşı fövqəladə tədbirlərin görülməsini tələb edir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Berlin, 25 oktyabr, AZƏRTAC
Almaniyada quşçuluq təsərrüfatları ölkədə quş qripinin qarşısının alınması üçün milli səviyyədə qəti tədbirlərin görülməsini tələb edir.
AZƏRTAC “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, təsərrüfatların nümayəndələri bu məqsədlə məcburi şəkildə tövlədəsaxlama qaydasının tətbiqinin zəruri olduğunu bildirilər.
Fridrix-Loefler İnstitutu (FLI) virusun yayılma riskini yüksək kateqoriyaya qaldırıb. Məlumata görə, bu payızda 200 mindən artıq toyuq, qaz, ördək və hindtoyuğu xəstəliyin qarşısının alınması üçün məhv edilərək utilizasiya olunub. İnstitut ehtimal edir ki, hazırkı vəziyyət 2020-2021-ci illərdəki ağır epidemiya miqyasına çata bilər. Həmin dövrdə Almaniyada 2 milyondan çox quş məhv edilmişdi.
Ekspertlərin fikrincə, xəstəliyin əsas daşıyıcıları cənuba köç edən vəhşi quşlardır. Bu il xüsusilə durnalar arasında yoluxma halları kəskin artıb. Cari ildə Almaniyada 50 quşçuluq təsərrüfatında yoluxma qeydə alınıb, bunlardan 26-sı təkcə oktyabrda baş verib. Təsərrüfatlarda 93 minədək qədər quş məhv edilib. Hər həftə yeni yoluxma halları bildirilir. Quşların miqrasiyasının əsas mərhələsi hələ qabaqda olduğundan vəziyyətin bir müddət də davam edə biləcəyi ehtimal olunur.
Fermerlər vəziyyətlə bağlı hökumətdən təcili və vahid tədbirlər planının hazırlanmasını tələb edirlər. Almaniya Kənd Təsərrüfatı Nazirliyi kompensasiya məbləğinin 50 avrodan 110 avroya qaldırılması üçün Avropa İttifaqına müraciət edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 25 Oktyabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















