Almaniyanın daxili işlər naziri federal polisin elektroşok cihazları ilə təchiz olunmasını istəyir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Berlin, 8 iyun, AZƏRTAC
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt federal polisin artan təhlükələrlə əlaqədar elektroşok cihazları ilə təchiz olunmasını zəruri hesab edir.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, nazir polis əməkdaşlarının elektroşok cihazları ilə təchiz olunması üçün hüquqi çərçivənin bu il ərzində hazırlanacağını deyib.
Bu cihazların polisə bıçaq və digər kəsici alətlərlə hücum edən şəxslərin daha effektiv zərərsizləşdiriməsi və polis əməkdaşlarının özlərini daha yaxşı qoruya bilməsi üçün istifadəsi nəzərdə tutulur.
Qeyd edək ki, açıqlanan son cinayət statistikasına əsasən, zorakı cinayətlər son illərdə ən yüksək səviyyəyə çatıb. Polis əməkdaşlarına qarşı hücumlar da getdikcə artır. Ötən il polis əməkdaşlarına qarşı orta hesabla gündə 305 cinayət hadisəsi qeydə alınıb.
Lakin bu cihazların istifadəsinə qarşı çıxanlar da var. Çünki onların ürək və ya qan-damar problemləri olan şəxslərə qarşı istifadəsinin ciddi nəticələrə səbəb ola biləcəyi iddia edilir.
Hazırda elektroşok cihazları Almaniyada xüsusi təyinatlı polis dəstələri tərəfindən istifadə edilir. Dörd federal əyalətdə isə onların istifadəsi sınaqdan keçirilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 08 İyun 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















