Icma.az
close
up
RU
Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Berlin, 12 oktyabr, AZƏRTAC

Almaniyanın əmək və sosial məsələlər naziri, Sosial Demokrat Partiyasının (SPD) həmsədri xanım Berbel Bas hər iki vəzifəsindən istefa verdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, B.Bas qərarını ögey qızının vəfatından sonra vaxta ehtiyac duyması və üzləşdiyi ictimai tənqidlərlə əsaslandırıb. O, şəxsi səbəblərdən hökumət və partiya fəaliyyətini tam həcmdə davam etdirmək üçün hazırda kifayət qədər gücə malik olmadığını bildirib. Siyasətçi SPD-nin həmsədri vəzifəsini oktyabrın 12-də tərk etdiyini, Kansler Fridrix Mertsdən isə onu nazir vəzifəsindən azad etməsini xahiş etdiyini deyib.

B.Bas son günlər, o cümlədən hakim koalisiyanın tərəfdaşı olan Xristian Demokrat Birliyinin (CDU) nümayəndələrinin onun ünvanına yönələn tənqidlərini də xatırladıb. CDU-dan olan bəzi siyasətçilər onu pensiya islahatları ilə bağlı qanun layihələrinin hazırlanmasını ləngitməkdə ittiham ediblər.

Buna baxmayaraq, B.Bas Bundestaq deputatı kimi fəaliyyətini davam etdirəcəyini bildirib.

B.Basın istefası Almaniyada hakim koalisiya daxilində pensiya və sosial təminat islahatları ətrafında fikir ayrılıqlarının yaşandığı bir vaxta təsadüf edir. Son həftələrdə SPD ilə Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı (CDU/CSU) arasında bu islahatların həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları diqqət çəkir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Oktyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see434

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see319

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see315

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see309

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see308

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see302

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see301

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see282

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see271

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see269

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see266

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see266

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see260

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see260

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see259

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see258

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see257

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see232

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri