Avropa İttifaqında daxiliyanma mühərrikləri ilə bağlı qadağanın ləğvi müzakirə olunur
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Avropa İttifaqının (Aİ) rəhbər qurumları 2035-ci ildən qüvvəyə minməsi planlaşdırılan daxiliyanma mühərriklərinin qadağasının yumşaldılması ilə bağlı mövqeləri razılaşdırır.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, Avropa Komissiyası yeni avtomobillər üçün 100 faiz emissiyasızlıq tələbinin əvəzinə CO₂ emissiyalarının 90 faiz azaldılması variantını nəzərdən keçirir. Bu, təsdiqlənəcəyi halda əvvəlki qərarın faktiki olaraq ləğvi demək olacaq. Mövcud qaydalara görə, 2035-ci ildən etibarən Aİ-də yeni avtomobillərin karbon qazı emissiyası buraxması qadağandır.
Təklif mühafizəkar fraksiyalar tərəfindən müdafiə olunsa da, Avropa Parlamentinda Yaşılların və Sosial Demokratlar Partiyasının üzvləri prosesi qeyri-şəffaf və demokratiyaya zidd adlandıraraq sərt tənqid ediblər. Deputatlar Ursula Fon der Lyayen və Avropa Xalq Partiyası rəhbərliyinin digər fraksiyalarla məsləhətləşmədən bu qərara gəldiklərini bildiriblər. Qaydalara dəyişiklik edilməsinin təsdiqlənməsi üçün Avropa İttifaqı Şurasında əhalinin 65 faizini təmsil edən ən azı 15 üzv dövlətin razılığı tələb olunur.
Komissiya sənaye nümayəndələrinin və bir sıra üzv ölkələrin narahatlıqlarından sonra mövcud emissiya standartlarının yenidən nəzərdən keçiriləcəyini açıqlayıb. Bununla bağlı hüquqi təkliflərin yaxın günlərdə təqdim ediləcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 12 Dekabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















