Almaniyanın ikinci milyarderi Klaus Mixael Kühne vəfat edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Berlin, 24 avqust, AZƏRTAC
Almaniyanın ən zəngin şəxslərindən olan milyarder Klaus-Mixael Kühne 89 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, “Kühne+Nagel” ailə şirkəti iş adamının ötən gecə İsveçrənin Şindelleqqi şəhərində öldüyünü açıqlayıb.
“Forbes”un avqust ayı üzrə reytinqinə əsasən, Klaus-Mixael Kühnə 44,5 milyard dollarlıq sərvəti ilə dünyada 44-cü, Almaniyada isə ikinci sırada yer alıb. O, 1958-ci ildə babasının təsisçilərindən olduğu ailə şirkəti “Kühne+Nagel”ə qoşulub və 1966-cı ildə şirkətin rəhbəri olub. Klaus-Mixael Kühne 1960-cı illərdən etibarən ailə şirkətini hava və dəniz yükdaşımaları sahəsində dünyanın aparıcı logistika şirkətlərindən birinə çevirib. Hazırda “Kühne+Nagel” şirkətinin 100 ölkədə 1300-dən çox məntəqəsi və 85 min əməkdaşı var.
İdman və mədəniyyət layihələrinə böyük dəstək göstərən milyarder “Hamburger SV” futbol klubunun əsas himayədarlarından olub. Onun 1976-cı ildə təsis etdiyi Kühne Fondu Hamburqda yeni opera binasının inşasının əsas maliyyə dəstəyini üzərinə götürüb. Həmin layihənin 2032-ci ilədək başa çatdırılması planlaşdırılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Baxış sayı:130
Bu xəbər 24 Avqust 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















