Icma.az
close
up
RU
Almaniyanın müdafiə naziri: Ukraynaya “Taurus” raketlərinin verilməsinin lehinə və əleyhinə arqumentlər var

Almaniyanın müdafiə naziri: Ukraynaya “Taurus” raketlərinin verilməsinin lehinə və əleyhinə arqumentlər var

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya “Taurus” tipli uzaqmənzilli raketlərin mümkün tədarükü ilə bağlı ehtiyatlı mövqe sərgiləyib. SİA “Ştern” nəşrinə istinadla xəbər verir ki, nazir bu barədə üzvü olduğu Sosial Demokrat Partiyasının (SPD) Hannoverdə keçirilən tədbirində çıxış edərkən deyib. “Taurus”un verilməsi və istifadəsi üçün yaxşı arqumentlər mövcuddur. Lakin buna qarşı da bir çox əsaslı arqumentlər var”, - deyə B.Pistorius qeyd edib.

O, həmçinin bəzi iddiaları rədd edərək, “gizli şəkildə bu tədarükün tərəfdarı olduğunu heç vaxt demədiyini” bildirib.

Qeyd edək ki, Almaniyanın ehtimal olunan gələcək Kansleri, Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Merts Ukraynaya “Taurus” raketlərinin göndərilməsinin mümkünlüyünü ifadə edib. F.Merts bu addımın yalnız avropalı tərəfdaşlarla razılaşdırılaraq atılacağını vurğulayıb və Böyük Britaniya, Fransanın artıq Ukraynaya oxşar raket sistemləri verdiklərini xatırladıb.

B.Pistorius isə F.Mertsin rəhbərlik edəcəyi mümkün koalisiya hökumətində də müdafiə naziri postunu saxlaya biləcəyi ehtimalına baxmayaraq, bu məsələyə ehtiyatla yanaşdığını bəyan edib. O, belə bir sistemə sahib olan heç bir Avropa tərəfdaşı tanımadığını vurğulayıb.

Xatırladaq ki, Böyük Britaniya Ukraynaya “Storm Shadow”, Fransa isə onun eyni tipli versiyası olan “Scalp” raketlərini göndərib. Hər iki sistemin uçuş məsafəsi 250 kilometrdən çoxdur. Almaniyanın “Taurus” raketləri isə 500 kilometrlik uçuş məsafəsinə malikdir.

Rusiya tərəfi F.Mertsin açıqlamasından sonra bu silahın tədarükünün Ukrayna ilə müharibədə “eskalasiyaya” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Aprel 2025 04:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri