Icma.az
close
up
RU
Almaniyanın Zaksenhauzen əsir düşərgəsində azərbaycanlı əsirlərə həsr edilmiş xatirə lövhəsi açılıb

Almaniyanın Zaksenhauzen əsir düşərgəsində azərbaycanlı əsirlərə həsr edilmiş xatirə lövhəsi açılıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Berlin, 5 may, AZƏRTAC

Mayın 4-də Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Almaniyanın Zaksenhauzen (Sachsenhausen) əsir düşərgəsində azərbaycanlı əsirlərə həsr edilmiş xatirə lövhəsi açılıb.

AZƏRTAC xəbər verir ki, səfirliyin təşəbbüsü və dəstəyi ilə Azərbaycan və alman dillərində hazırlanan xatirə lövhəsi Zaksenhausen Memorial Kompleksinin divarına həkk edilib. Lövhənin rəsmi açılışı Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və Zaksenhauzen Memorial Kompleksinin rəhbəri Aksel Drekol tərəfindən edilib.

Berlinin yaxınlığında yerləşən Zaksenhauzen əsir düşərgəsində 1936–1945-ci illərdə 200 mindən çox insan saxlanılıb. Onların ən azı 55 mini dəhşətli işgəncələr, dözülməz şərait nəticəsində həlak olub və ya nasislər tərəfindən amansızlıqla qətlə yetirilib. Burada məhbusların sistemli şəkildə qətlə yetirilməsi üçün qaz kameraları, güllələmə divarları və krematoriya olub. Düşərgə 1945-ci ilin aprelində sovet ordusu və Polşa hərbi birlikləri tərəfindən azad edilib.

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Zaksenhauzen arxivlərində aparılmış araşdırmalar nəticəsində Azərbaycan əsilli məhbusların da burada saxlanıldığı aşkar edilib və Memorial Kompleks ilə xatirə lövhəsinin açılmasına dair razılıq əldə olunub.

Mərasimdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycanın faşizm üzərindəki qələbənin əldə olunmasına misilsiz töhfələrindən söz açıb. Səfir müharibədə 700 min azərbaycanlının ön cəbhədə faşizmə qarşı döyüşdüyünü, onlardan 300 mininin həlak olduğunu qeyd edib. Azərbaycanın arxa cəbhədə də misilsiz fədakarlıq göstərərək qələbənin qazanılmasında həlledici rol oynadığını qeyd edən diplomat müharibə illərində sovet ordusunun istifadə etdiyi benzinin 80 faizinin Azərbaycan neftçiləri tərəfindən istehsal olunduğunu xatırladıb.

Nəsimi Ağayev İkinci Dünya müharibəsində Almaniyadakı əsir düşərgələrində saxlanılmış azərbaycanlıların taleyinin araşdırılması və onların xatirəsinin əbədiləşdirilməsinin səfirliyin diqqət mərkəzində olduğunu vurğulayıb. Diplomat səfirlik tərəfindən ötən ilin mayında Daxau, bu gün isə Zaksenhauzen Memorial Kompleksində xatirə lövhələrinin açılmasının bu istiqamətdə həyata keçirilən sistemli işin göstəricisi olduğunu bildirib. Səfir Zaksenhauzen düşərgəsində saxlanılmış əsirlərin və onlara qarşı törədilən işgəncələrin unudulmaması üçün apardığı yorulmaz fəaliyyətə görə Memorial Kompleksin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Zaksenhauzen Memorial Kompleksinin rəhbəri Aksel Drekol Zaksenhausen əsir düşərgəsinin azad edilməsindən 80 il ötməsinə baxmayaraq, burada saxlanılmış, müxtəlif işgəncələrə məruz qalmış və həyatını itirmiş bir çox məhbusun kimliyinin və taleyinin hələ də naməlum qaldığını, bu istiqamətdə araşdırmaların davam etdirildiyini bildirib. O, düşərgədə əzab çəkmiş və həlak olmuş azərbaycanlı qurbanların xatirəsinin əbədiləşdirilməsinin vacibliyini vurğulayaraq, bu baxımdan tədbirin böyük rəmzi məna daşıdığını qeyd edib.

Sonra musiqili kompozisiya təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri